YAP funksionerindən seçki açıqlaması: "Bütün vədlərin, vəzifələrin icra edilməsi növbəti dövrün hədəflərinin..."
18-12-2023 [09:29]
"Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Hansı sahəyə nəzər salsaq bu reallıqların diktə etdiyi yenilikləri, təkmilləşməni görürük. Bu gün ölkəmiz növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi və bu qərarın yekdilliklə qəbulu, eyni zamanda, milyonların sevgisini, xalqın inamını və etimadını özündə əks etdirən addım kimi dəyərləndirildi. Növbədənkənar prezident seçkilərini, cənab İlham Əliyevin yekdilliklə Prezidentliyə namizəd irəli sürülməsini şərtləndirən amillər, təbii ki, bugünkü reallıqlarımızdır".
Bu sözləri Mia.az-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadənin sözlərinə görə, İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirən amilləri bir açıqlama çərçivəsində tam şəkildə əhatə etmək mümkün deyil: "Bu baxımdan ki, onların miqyası o qədər genişdir ki, sadalamaqla bitməz. Tarixi proseslər sübut edir ki, dövlətinə, xalqına xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Lider hər zaman dövrün tələblərinə uyğun islahatları ilə davamlı uğurları təmin etməyi bacarır. Son 20 ildə titanik fəaliyyəti ilə belə bir Lider olduğunu sübut edən dövlət başçısı İlham Əliyev özünün də dediyi kimi, xalqımızın gələcəyi ilə bağlı “Nəyi, nə vaxt və necə etməyi” çox gözəl bilir. Bu baxımdan növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı dövlət başçısının Sərəncamı da özündə mühüm məqamları, çağırışları ehtiva edir. Təbii ki, bütün vədlərin, vəzifələrin icra edilməsi növbəti dövrün hədəflərinin müəyyənləşdirilməsini bir zərurətə çevirir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə 2018-ci il prezident seçkilərindən sonrakı dövrün hədəflərinin reallığa çevrildiyi bir daha təsdiqlənir. Xalqımız 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində yenidən Qalib Prezidentinə yekdilliklə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq. Novbəti mərhələ Böyük Qayıdış Proqramının uğurla başa çatması, həmçinin Qərbi Azərbaycana qayıdışımızla çoxəsrlik tariximizə yeni Zəfər salnaməsi kimi yazılacaq".
Samir Musayev
MİA.AZ
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb