Hakan Fidan Blinkenlə telefonla danışdı - Açıqlama

img

17-12-2023 [20:45]


Türkiyə Xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Antoni Blinkenlə telefonla danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşı tərəfin xahişi ilə bu axşam keçirilən telefon danışığında ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Müttəfiqlik ruhuna uyğun hərəkət etməyin vacibliyinin vurğulandığı müzakirədə İsveçin NATO-ya üzvlüyü, F-16 məsələsi və müdafiə sənayesi istiqamətində fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, tərəflər İsrail-Fələstin savaşın da müzakirə ediblər.

Qəzza və İordan çayının qərb sahilində vəziyyətin getdikcə pisləşdiyinə diqqət çəkən xarici işlər naziri Fidan ABŞ-ı hücumları dayandırmaq üçün İsrailə təsirindən istifadə etməyə çağırıb.

Lamiyyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq