Daha bir deputat İYİ Partiyasından istefa verib

img

15-12-2023 [17:25]


İYİ Partiyasının İstanbuldan seçilən deputatı Səlim Ensarioğlu partiyasından istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barəəd o, sosial media hesabında bəyanat yayıb.

Deputat partiya sədri Meral Akşernerin siyasi kursu dəyişməsinə işarə edərək, İYİ partiyasının artıq mərkəz-sağ yönü daşımadığını bildiirb.

O, üst-üstə düşməyən baxışlara görə, partiiyadanayrıldığını bəyan edib: "Artıq İYİ partiya ilə məni bir araya gətirən siyasi səbəblər aradan qaldırılıb. İnandığım həqiqətləri nəyin bahasına olursa olsun müdafiə etməkdən heç vaxt çəkinməyəcəyəm. İctimaiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, bu gündən etibarən İYİ Partiyadan istefa vermişəm".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq