İsrail polisi türk jurnalisti döyüb - Açıqlama

img

15-12-2023 [14:14]


İsrail polisi Qüdsdəki Məscidül-Əqsa ətrafında mətbuat mənsublarına fiziki güc tətbiq edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə zamanı Türkiyənin məşhur Anadolu Agentliyinin fotomüxbiri zorakılığına məruz qalıb.

"TRT Haber"in məlumatına görə, işğal altında olan Qüdsdə bu cümə günü məscidlərə girişə icazə verilməyib. Həmin anda şəkil çəkdirmək istəyən Anadolu Agentliyinin fotomüxbiri İsrail polisi tərəfindən təpiklənib.

Anadolu Agentliyinin Yaxın Şərq xəbərləri direktoru Turqut Akboyraz bildirib ki, fotomüxbir təcili yardımla xəstəxanaya aparılıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR