PARTİYA LİDERLƏRİ SEÇKİYƏ GETMƏKDƏN ÇƏKİNİR - Açıqlamalar
14-12-2023 [14:52]
Gələn ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri gündəmin əsas mövzularından biridir.
Prezident seçkilərində partiyaların hansı namizədlə iştirak edəcəyi maraq doğurur.
Mia.az xəbər verir ki, Cebhe.info seçkilərlə bağlı partiyaların mövqeyini öyrənib.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev prezidentliyə namizəd olmayacağını deyib:
“Partiyamız indiyə kimi bütün seçkilərdə iştirak edib. Mən özüm də 2 dönəm prezident seçkilərində iştirak etmişəm. Amma bu dəfə növbədənkənar seçki olduğu üçün iştirak etməyə tam hazır deyilik. Yəni hazırlığımız yüksək səviyyədə deyil, resurslarımızı sahmana sala bilməmişik. Ona görə də yığıncaq keçirdik və prezident seçkilərində namizəd göstərməməyə qərar verdik. Buna baxmayaraq, məntəqələrə və dairələrə müşahidəçi təyin edəcəyik. Seçki kampaniyasında fəal iştirak edəcək, amma namizəd göstərməyəcəyik”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da namizəd olmayacağını açıqlayıb: “Partiyamız prezident seçkilərində iştirak edəcək, amma mən namizəd olmayacağam”.
AĞ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, bununla bağlı hələ partiyanın qərarı yoxdur: “Hələ də partiya daxilində müzakirələr davam edir. Yəqin ki, yaxın 2-3 gün ərzində bununla bağlı qərar veriləcək. Hələlik heç bir qərar yoxdur”.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə bunları deyib: “Böyük Azərbaycan Partiyasında bununla bağlı həftənin bazar günü toplantı keçiriləcək. Çünki bizim Siyasi Şura üzvlərindən 3 nəfər burada deyildi. Ona görə də bununla bağlı qərar qəbul edə bilmədik. Seçkilərlə bağlı qərarlarımızı bazar günü verəcəyik”.
Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu partiyasının seçkilərdə iştirak edəcəyini bildirib: “Amma hazırda partiyanın prezidentliyə namizədinin kim olacağını mən özüm də bilmirəm. Çünki buna qurultay qərar verəcək. Bununla bağlı qurultay 23 dekabr tarixində keçiriləcək”.
Ümid Partiyasının sədri İqbal Ağazadənin Təbliğat və İnformasiya Məsələləri üzrə müavini Tamilla Qulami isə hələlik seçkilərlə bağlı qərar vermədiklərini diqqətə çatdırıb: “11 dekabr 2023-cü ildə Ümid Partiyasının İdarə Heyətində toplantı keçirilib. Toplantıda 7 fevral tarixində keçirləcək növbədənkənar prezident seçkilərində iştirak edib-etməyəcəyimizlə bağlı İdarə Heyətinin üzvlərinin mövqeləri dinlənilib. 12 dekabr tarixindən etibarən isə partiya rəhbərliyi bölgələrə səfər ediblər. Partiyamızın rayon şöbələrinin də bu istiqamətdəki rəyləri bizim üçün çox önəmlidir. Onların rəylərini birbaşa yerlərdə almaq üçün partiyamızın İdarə Heyəti hazırda rayonlardadır. Toplantının gedişatında da onların bölgələrə səfər etməsi ilə bağlı qərar qəbul etdik. Bütün rəylər alındıqdan sonra Ümid Partiyasının prezident seçkiləri ilə bağlı qərarı ictimaiyyətlə paylaşılacaq. Biz öncəliklə, strukturlarımızın hamısından və rayon şöbələrindən dəstək gözləyirik”.
MİA.AZ
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır