Müsavat başqanının sabiq müavini istefa verdi: "Vaqif Səmədoğlunu partiyadan çıxaran, Novella Cəfəroğluya möhtac qalan..."
13-12-2023 [18:12]
"Mən üzv olanda Müsavat Vaqif Səmədoğlu kimi tanınmış şəxsi saxta seçkilərdən sonra mandat qəbul etdiyinə görə partiyadan çıxaran prinsipial təşkilat idi".
Mia.az xəbər verir ki, bu sözləri Müsavat başqanının sabiq müavini Yadigar Sadıqlı sosial media hesabında yazıb.
Yadigar Sadıqlı Müsavat Partiyasının acınacaqlı vəziyyətə düşdüyünü iddia edərək istefa verdiiyini açıqlayıb:
"İndi Müsavat İlham Əliyevi təbliğ edən və buna görə heç bir tənbeh almayan Novella Cəfəroğlunun partiyasıdır. Siyasi məhbusların müdafiəsində iştirak etməyən, imkan düşəndə Vəkillər Kollegiyasının sədrinə mədhiyyə oxuyan Osman Kazımovun başqan müavini olduğu partiyadır.
Mən üzv olanda Müsavatda Azərbaycan siyasətinin qaymaqları toplaşmışdı. Onların bəziləri kəskin rəqabət üzündən Divana, hətta Məclisə düşə bilmirdilər. Hər qurultay öncəsi tanınmış simalar rayon təşkilatlarına minnətçi düşürdülər səs toplamaq üçün.
İndi Müsavat Partiyasında rəhbər vəzifə tutan, Divan üzvü olanların böyük əksəriyyəti heç siyasi fqur deyillər. Sosial şəbəkə profillərinə baxsan siyasi yazı görməzsən. Uzağı, Arif Hacılının, İsa Qəmbərin yazılarını təkrar paylaşarlar. Bunun səbəbi təkcə ölkədəki vəziyyət deyil, həm də rəhbərliyin “sönüklər içində parlaq” olmaq, ətrafda sorğulayacaq, irad tutacaq şəxsin olmaması istəyidir.
Mən üzv olanda Müsavat qərargahında oturmağa yer tapılmırdı.
İndi vəziyyətin nə yerdə olduğunu Fəxri xiyaban, Novxanı ziyarətləri zamanı görmək mümkündür. Ən dəhşətlisi də odur ki, vəziyyəti düzəltmək barədə düşünmək əvəzinə, gözə girən bu gerçək inkar edilir.
Bugünlərdə Toplum TV-yə müsahibəsi zamanı aparıcının sualına “kim sorğu keçirib ki, Müsavatın reytinqi düşüb?” cavabını verən İsa Qəmbərlə “Azərbaycanda siyasi məhbus yoxdur” deyən ombudsman arasında heç bir fərq yoxdur.
Mən üzv olanda Müsavat başqanı əhəmiyyətinə görə ölkənin ikinci siyasi postu idi.
İndi isə... yazmağa evfemizm axtarıram, tapmıram.
Bu illər ərzində partiyanın siyasi xəttinə, elan etdiyi dəyərlərə və prinsiplərə, Müsavatın özünə xəyanət edən adamların nazı ilə daim oynanıldı, onları “qazanmağa çalışdı”lar. Amma İsa Qəmbərlə fikirləri toqquşanların üstündən dərhal xətt çəkildi. Vurğun Əyyub, Qubad İbadoğlu, Tofiq Yaqublu, Alya Yaqublu, Elman Fəttah kimi. Mənim kimi.
“Mən üzv olanda... indi” müqayisəsini çox davam etdirmək olardı. Amma yaza-yaza içimə ağırlıq çökür. Sonuncunu yazım.
Mən üzv olanda bir gün Müsavatdan gedəcəyimə heç vaxt inanmazdım.
İndi getməkdən başqa yol olmadığını görürəm. Nə partiya rəhbərliyinin tutduğu mövqe, nə şəxsi münasibətlərin səviyyəsi mənim partiyada birgə mübarizə aparmağıma imkan verir.
Son qurultaydan keçən 4 il ərzində partiyada fəaliyyətim yox idi. Ondan əvvəlki 19 il ərzində isə bütün varlığımla, bütün qabiliyyətimlə Müsavatın faydasına çalışmışam. Qarşıma çıxan bütün yolayrıcılarında Müsavatı seçmişəm, tələb olunan bütün məhdudiyyətləri tərəddüdsüz qəbul etmişəm, bütün qurbanları tərəddüdsüz vermişəm. Bunların heç birinə peşman deyiləm. Əksinə, qürur və məmnunluq duyuram və duyacam.
Mən Müsavatdan istefa verirəm, amma müsavatçı kimi qalmaq üçün istefa verirəm. Yaranan vəziyyətin bir acı istehzası da budur".
Y.Sadıqli bundan sonra siyasi fəaliyyətini "III Respublika Platforması"nda davam etdirəcəyini deyib.
Samir Musayev
MİA.AZ
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır