Rus sülhməramlıları Qarabağdan niyə çıxmır? - Təhlil
13-12-2023 [16:38]
2023-cü ilin bitməsinə sayılı günlər qalır. Cəmiyyətimizi maraqlandıran mövzulardan biri də Rusiya sülhməramlıları ilə bağlıdır. Başlıca sual isə budur: “Rus sülhməramlıları niyə hələ də Azərbaycandadır?”
Əslində, bu sualın verilməsi təbiidir. Belə ki, İkinci Qarabağ müharibəsi, habelə məhdud xarakterli lokal antiterror təbdirləri nəticəsində Qarabağ işğaldan azad edildi. Bu gün bütün Qarabağda Azərbaycan bayrağı dalğalanır. Bundan başqa, rəsmi Bakı qondarma qurumun cinayətkar “lider”lərini yaxalayaraq məsuliyyətə cəlb edib. Qarabağ ermənilərinin əksəriyyəti isə öz istəyi ilə Azərbaycanı tərk edib.
Faktiki olaraq bu gün sülhməramlıların Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir əsas yoxdur. 10 Noyabr bəyanatının bütün tələbləri Azərbaycanın birbaşa müdaxiləsi ilə yerinə yetirildi. Lakin bütün bunlar sülhməramlıların Azərbaycanı tərk etməsi üçün əsas deyil.
Birincisi, sülhməramlıların ölkəmizdə qalma müddəti 10 Noyabr bəyanatı ilə 5 il olaraq təsdiqlənib. Həmin müddət hələ bitməyib.
İkincisi, Azərbaycan bu günə qədər Rusiya sülhməramlılarının ölkəni tərk etməsi istiqamətində rəsmi müraciət etməyib.
Üçüncüsü, hələ də Qarabağda müəyyən sayda erməni yaşayır. Bundan başqa, Ermənistana köçən bəzi ermənilərin Qarabağa qayıtmaq ehtimalları da var.
Təbii ki, əlavə səbəblər də qeyd etmək olar, lakin xüsusilə üçüncü məqam, yəni ermənilərin qayıtmaq ehtimalı Bakı üçün əlavə risklər yaradır. Belə ki, rəsmi Bakı dəfələrlə ermənilərə geri qayıda biləcəklərini, vətəndaşlığı qəbul edəcəkləri təqdirdə Azərbaycanda yaşaya biləcəklərini elan edib.
Lakin etiraf edək ki, ermənilərin çoxu Qarabağa qayıtmaq istəmir. Buna rəğmən, Bakı haqlı olaraq Qərbi azərbaycanlılar kartını aktiv saxlayır. Yəni Qarabağ erməniləri geri qayıdacaqsa, Qərbi azərbaycanlılar da Ermənistana qayıtmalıdır.
Bakı bununla Ermənistanın gələcəkdə ehtimal işğal, habelə separatçılıq cəhdlərini bloklamaq istəyir. Azərbaycanın niyyətini bilən İrəvan isə öz növbəsində Qərbi azərbaycanlıların Ermənistana qayıtmasına qarşıdır. Çünki ermənilərdən fərqli olaraq demoqrafik artıma meyilli olan Qərbi azərbaycanlılar rəsmi Bakının da sosial proqramları ilə qısa zamanda Ermənistanda ciddi bir say tərkibinə malik ola bilər.
Azərbaycanı narahat edən əsas məqam isə şübhəsiz, Aİ və ABŞ-ın regiondakı fəaliyyətləridir. Xüsusilə Aİ Qarabağda beynəlxalq missiyanın olmasını istəyir. Bu isə rəsmi Bakı üçün qəbuledilməz məsələdir.
Azərbaycan Aİ sülhməramlı missiyasındansa Rusiya sülhməramlılarının Qarabağda olması daha məqbul hesab edib. Hətta vəziyyətdən asılı olaraq Rusiya sülhməramlılarının səlahiyyət müddəti 5 il daha uzadıla bilər. Təbii ki, bu vəziyyətdən asılı olaraq…
Turan Rzayev
MİA.AZ
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır