BMT Baş katibinin keçmiş müavini: "Hazırkı dünya nizamı dayanıqlı deyil" - "Güclünü deyil, haqlını müdafiə edən yeni sistem yaranmalıdır"
13-12-2023 [12:59]
"Hüququn deyil, güclünün etibarlı kimi qəbul edildiyi hazırkı dünya nizamı insanlar üçün dayanıqlı deyil".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibinin keçmiş müavini və İraqa humanitar yardım üzrə koordinatoru, alman diplomat Hans fon Sponek deyib.
Keçən həftə keçirilən "TRT World Forumu"nda iştirak edən Hans von Sponek İsrailin Qəzzaya hücumları və dünya nizamının davamlılığı ilə bağlı sualları cavablandırıb.
Sponek güclülərin haqlı olduğu və cəzasızlığa əsaslanan dünya nizamının davamlı olmadığını və islahatlara ehtiyac olduğunu xüsusi vurğulayıb: "Onlar qanunu pozub sonra cəzasız qala bilməzlər və onlar cavab verməlidirlər”.
İsrailin Qəzzaya hücumları ilə bağlı Avropadakı hökumətlərin və vətəndaş cəmiyyəti qruplarının fərqli rəftarlarına diqqət çəkən Sponek Almaniyanı misal çəkərək hökumətinin mövqeyini də qəbul olunmaz sayıb.
Sponek öz ölkəsində və İraq kimi dünyanın müxtəlif coğrafiyalarında baş verən müharibələrdən bəhs edib: "Mən dağıntıların təsirlərini, insanların həyatının necə məhv edildiyini gördüm. O səbəbədən dövlətlər beynəlxalq qanunlara mütləq əməl etməlidirlər. Dediyim kimi, güclü dövlətlər Onlar qanunu pozub sonra da cəzasız qala bilməzlər, onlar hesab verməlidirlər. Baş verənlərə görə məsuliyyət olmalıdır".
Sponek BMT-nin strukturunu tənqid edib və islahatlara çağırıb: "BMT-nin siyasi siması, hüquqi siması, məhkəmə siması var. BMT-nin icra siması var. Bütün bu sahələrdə güclü və təsirli islahatlar aparılmalıdır. Bizim mövcud dünya düzəni insanlar üçün dayanıqlı deyil. Bizim elə bir dünyamız olmamalıdır ki, müharibəyə başlayasan və cəzasız, məsuliyyətsiz də yola davam deyəsən. Bəli, elə birt nizam qurulmalıdır ki, güclü olan deyil, haqılı olanlar etibarlı sayılmalıdır. Güclüləri haqlı qəbul etmə düşüncəsi aradan qaldırılmalıdır. Bizim məsuliyyətimiz olmalıdır. Yaxşı işlər görən insanları tərifləməklə, onlara kömək etməklə məsuliyyəti öz üzərimizə götürməliyik. Qanunu pozanları cəzalandırmağı bacarmalıyıq".
Tahir Şəlvəli
MİA.AZ
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır