Hansı partiya sədrləri prezidentliyə namizəd olacaq? - Açqılamalar
12-12-2023 [15:31]
Məlum olduğu kimi, gələn ilin 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Maraqlıdır, hansı partiya sədrləri prezidentliyə namizəd olacaqlar?
Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn “Cebhe.info”-ya açıqlamasında bu barədə hələ qərar vermədiklərini söyləyib:
“Hələ bununla bağlı heç bir qərarımız yoxdur”.
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev isə bununla bağlı hələ ki, partiyanın resursların və imkanların qiymətləndirilmə prosesinin getdiyini deyib:
“Çünki partiyamızın imza toplamaq, iştirak etmək resurslarının və qüvvəmizin hansı səviyyədə olduğunu bilməliyik. Hazırda da bununla bağlı işlər aparılır. Yaxın günlərdə partiyamızda toplantı keçiriləcək və seçkilərə namizədlə qatılıb-qatılmayacağımızla bağlı mövqeyimizi açıqlayacağıq”.
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı isə bildirib ki, prezidentliyə namizəd olmaq istəyir:
“Biz ilkin olaraq ötən həftənin cümə günü partiyanın İcra Aparatında bu məsələni müzakirə etdik. Bu ayın 13-də isə qərarımızı açıqlayacağıq. Düşünürəm ki, partiya sədri və partiya bütün seçkilərdə iştirak etməlidir. Mən də prezidetliyə namizəd olmaq istəyirəm. Amma təbii ki, bununla bağlı qərarı Siyasi Şura verəcək”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də sualımızı belə cavablandırıb:
“Təbii ki, bununla bağlı partiyanın ali qurumunun qərarı olmalıdır. Bu məsələ ilə əlaqədar olaraq yaxın günlərdə iclas keçirməyi planlaşdırmışıq. Hazırda seçkidə iştirakımın tərəfdarları və əleyhdarları var. Ona görə də bu məsələ müzakirə olunmalıdır. Bununla bağlı yekun qərarı isə partiyamızın Siyasi Şurası verəcək. Müsbət qərar verilərsə, seçkilərdə iştirak edə bilərəm”.
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev isə prezidentliyə namizəd olmayacağını açıqlayıb:
“Bununla bağlı iclas keçirdik və prezidentliyə namizəd olmamağıma qərar verdik. Çünki bu gün Azərbaycanda özünü müxalifət adlandıranlar guya mənə görə seçkiyə qatılmaq istəmədiklərini deyirlər. Onlar deyirlər ki, Hafiz Hacıyev yenidən namizəd olacaq və teledebatlarda bizi söyəcək.
Ona görə də bu qınağa tuş gəlməmək və onların yararsız siyasətlərini mənim adımla ört-basdır etmək cəhdlərini neytrallaşdırmaq üçün namizədliyimi irəli sürmürəm. Lakin mövqeyimiz bəllidir. Biz neçə illərdir ki, dövlətçilik üçün çalışırıq və bundan sonra da əvvəlki mövqeyimizdə qalacağıq. Həmçinin, prezident seçkilərində çox fəal iştirak edəcəyik və öz bildiyimiz namizədin yenidən seçilməsi üçün çalışacağıq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı isə sualımıza belə cavab verib:
“Partiyamızın sədri Qüdrət Həsənquliyev hazırda xarici səfərdədir. O, səfərdən qayıtdıqdan sonra bu məsələyə aydınlıq gətirəcəyik”.
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır