Ceyhun Bayramov Slovakiya XİN başçısı ilə görüşüb
11-12-2023 [20:21]
Xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak məqsədilə Belçika Krallığına işgüzar səfəri çərçivəsində Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüş keçirib.
Mia.az xəbər verir ki, görüş zamanı nazir Ceyhun Bayramov yeni Slovakiya nazirinə təyinatla əlaqədar öz təbriklərini çatdırıb və fəaliyyətində uğurlar arzulayıb.
Diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Slovakiya arasında dostluq və əməkdaşlıq ruhunda inkişaf edən əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında diplomatik təmsilçilik ilə özünü büruzə verən mövcud siyasi dialoq, qarşılıqlı səfərlər və təmasların münasibətlərimizin inkişafına mühüm töhfə verdiyi bildirilib.
Azərbaycan və Slovakiya arasında iqtisadiyyat-ticarət, enerji təhlükəsizliyi, mədəniyyət, turizm, təhsil, nəqliyyat və digər sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik elementləri müzakirə olunub.
Slovakiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında birgə investisiya, bərpa və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib.
İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma işləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasının təminatı üçün əsas maneə olduğu diqqətə çatdırılaraq, mina problemi ilə mübarizədə Azərbaycan-Slovakiya əməkdaşlığı məmnunluqla qeyd olunub.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Ermənistan ilə normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır