Putin seçkiyə gedir - Rusiyada prezident seçkilərinin tarixi açıqlandı

img

07-12-2023 [11:18]


Rusiyada prezident seçkilərinin vaxtı bəlli olub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, seçkiləri 17 mart 2024-cü ildə keçiriləcək.

Məlumata görə, bu barədə Rusiya parlamenti (Federasiya Şurası) qərar verib.

Xatırladaq ki, Rusiya Federasiyasının Konstitusiyasına görə, ölkədə dövlət başçısının seçilməsini müəyyən etmək Rusiya Parlamentinin yuxarı palatası olan Federasiya Şurasının səlahiyyətindədir.

Rusiyada son prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Vladimir Putin 76,69 faiz səslə prezident seçilib.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq