Sərdar Cəlaloğlu: "Tutaq ki, mənim ulu babalarımdan hansısa biri ermənidir, bunun mənə nə aidiyyəti var?"
06-12-2023 [17:49]
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Sankt-Peterburq Mərkəzi Dövlət Arxivindən əldə olunmuş şəcərəsində ulu babasının erməni olması və digər faktlara münasibət bildirib.
Sərdar Cəlaloğlu Axar.az-a bildirib ki, arxiv sənədlərinin ortaya çıxması onun antirus mövqeyi sərgiləməsi və mətbuatda bu istiqamətdəki çıxışları ilə bağlıdır: “Məni antirus mövqeyimlə bağlı ermənilərlə əlaqələndirmək istəyirlər. Tutaq ki, mənim ulu babalarımdan hansısa biri ermənidir. Bunun mənə nə aidiyyəti var? Deyək ki, mənim ulu babam erməni olub. Mənim ulu babamı araşdırmaq kimə lazımdır? Orada qeyd olunub ki, həmin erməni dinini və adını dəyişərək müsəlman olub. Bunun nəyi pisdir?!”
Partiya sədri əlavə edib ki, arxiv sənədlərinin yayılması onu xalqın gözündən salmaq istəyi ilə bağlıdır:
“Bu, Rusiya xüsusi xidmət orqanlarının mənə qarşı həyata keçirdiyi təxribatdır. Əgər belə olmasaydı, arxiv sənədlərini asanlıqla əldə etmək mümkün olmazdı. Mən guya bilmirəm ki, arxiv sənədləri nədir və onları necə əldə etmək olar? Sən Rusiyanın kəşfiyyat orqanlarının əməkdaşısan. Ona görə Rusiyadan sənə arxiv sənədi veriblər”.
S.Cəlaloğlu əlavə edib ki, onun ulu babasının araşdırlması heç kimə lazım deyil:
“Əgər Azərbaycanda bütün partiya liderlərinin 10 nəsli araşdırılsaydı, onda buna normal yanaşardım.
Xəbəri yazan jurnalist gedib öz 2-ci babası haqqında material ala bilər Rusiyadan? O hansı jurnalistdir ki, gedib Rusiya arxivindən XVIII əsrə aid materialları ala bilir? Götürüb üç dənə köhnə kağız qoyub ora. Heç nə görünmür, heç nə də oxunmur. XVIII əsrdə azərbaycanlıların danışığı o cür olub?”
S.Cəlaloğlu arxiv sənədlərinin saxta olduğunu da vurğulayıb. Buna baxmayaraq, Cəhri kəndinin erməni sakini Poqos Markarovun oğlu Martirosun hökumətə təhvil verilməsi haqda qeydlərə cavab verib:
“Burada nə var ki! Məmməd Qurbanəli oğlu mənim anamın xalası əridir. Ona ermənini öldürüb basdırmaq tapşırılıb. O da həmin erməninin bütün var-yoxunu əlindən alaraq onu öldürüb. Həmin adamın da, o hadisənin də mənə heç bir aidiyyəti yoxdur”.
Qeyd edək ki, Qurban Məmmədov və Sərdar Cəlaloğlunun ulu babalarının Xoydan Naxçıvana gəlmiş erməni olduğu bildirilir. Sankt-Peterburq Dövlət Arxivinə əsasən yayılan məlumatda iddia edilir ki, Məmmədovların 8-ci babası müsəlmanlığı qəbul edən və adını “Əlimərdan” olaraq dəyişdirən Mehrəng Manukdur.
Sənədlərdə iddia edilib ki, Cəhri kəndinin erməni sakini Poqos Markarovun oğlu Martiros Sankt-Peterburq şəhərində 1874-cü ildə təhsil alıb qayıdandan sonra Cəhri kənd icmasına vergi yığan və dəftərxanaya nəzarət edən təyin olunur. Bir müddət sonra vəzifəsindən sui-istifadə edən Martiros kənd camaatından, xüsusilə müsəlmanlardan ikiqat vergi almağa başlayır. 1876-cı ildə isə Cəhriyə yaxın Yurd-Dizədə zəmidə işləyən qızı zorlayır. Məhkəmədə sübut olmadığı üçün erməni məmur sərbəst buraxılır. Lakin Cəhrinin bəylərindən olan Sultan Həsənəli bəyin oğlu Qulaməli bəy həmin ermənini ölümcül döyür və köməkçilərinə də tapşırır ki, onu meşədə basdırsınlar. Lakin bəyin köməkçilərindən biri olan Məmməd Qurbanəli oğlu (Qurban Məmmədovun ulu babası) yarımcan vəziyyətdə olan ermənini basdırmır və hökumətə təhvil verir. Məhkəmə zamanı da bəyin əleyhinə ifadələr verir. Beləliklə, bəy bir neçə illik həbs olunur.
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat