Kamilə Babayeva İTV-dən uzaqlaşdırılıb? - Açıqlama

img

06-12-2023 [12:54]


Xəbər verdiyimiz kimi, aparıcı Nurlana Cəfərova uzun fasilədən sonra İctimai TV-də yayımlanan "Dikdaban" verilişi ilə efirə çıxıb.

Mia.az-ın məlumatına görə, bu isə proqramın digər aparıcılarından olan Kamilə Babayevanın layihədən ayrılması ilə bağlı iddiaların yayılmasına səbəb olub.

Məsələ ilə bağlı K.Babayeva Axşam.az-ın suallarını cavablandırıb.

O bildirib ki, İTV-dəki fəaliyyəti davam edir: "Hazırda Bakıda deyiləm. Amma 3 həftə efirə çıxıram, 1 həftə isə dincəlirəm. kanaldakı fəaliyyətim davam edir".

Qeyd edək ki, K.Babayeva uzun fasilədən sonra bu mövsüm "Dikdaban" verilişi ilə efirə qayıdıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR