Yunan jurnalist Ərdoğana belə sual verdi: "Bir gecə ölkəmizə qəfil hücum edə bilərsiniz?" - "Miçotakisə deyəcəyəm ki, dostum, sən..."
06-12-2023 [12:20]
Prezident Ərdoğan dekabrın 7-də Afinaya planlaşdırılan səfəri öncəsi Yunanıstanda nəşr olunan “Kathimerini” qəzetinə müsahibə verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, müsahibədə müxbir Ərdoğana əvvəllər Yunanıstana ünvanlı “Bir gecə qəfil gələ bilərik” təhdidi bağlı belə bir sual ünvanlayıb: "Siz doğrudan da Yunanıstana gecənin birində qəfil hücum edə bilərsiniz?"
Ərdoğan isə suala cavabda deyib: "Bunu bizi təhdid edənlər düşünməlidir. Ölkəmizin təhlükəsizliyini təhdid edən terror ünsürlərinə qarşı "bir gecə qəfil gələcəyik" dedik, lazım olanı da etdik. Odur ki, bizi təhdid edənlər belə fikirlərdən çəkinməldir".
Daha sonra Ərdoğan sabahk səəri barədə sualı cavablandırıb: "Biz eyni coğrafiyanı, eyni dənizi paylaşırıq. Eyni havadan nəfəs alırıq. Keçmişimizə görə bir-birinə bağlıyıq. Aramızda hələ də həll edə bilmədiyimiz çox məsələlər var, iki ölkə olaraq bunun fərqindəyik. Lakin bu problemlərin hökumətlərimiz və xalqlarımız arasında gərginlik yaradıb fikir ayrılığına səbəb olub-olmamasına imkan verib-verməmək öz ixtiyarımızdadır. Biz "Qazan-qazan" prinsipi ilə Yunanıstanla da işbirliyinə getmək istəyirik".
Mübahisələrin dialoq yolu ilə həll ediləcəyi və ortaq nöqtələr tapıldığı təqdirdə hər kəsin fayda görəcəyini vurğulayan Ərdoğan bildirib ki, Türkiyə və Yunanıstanın son vaxtlar bu anlaşma çərçivəsində davranırlar: "Dialoq kanallarımız bütün səviyyələrdə açıqdır və fəaliyyət göstərir. Qarşılıqlı səfər trafikimiz sıxdır. Bu sahədə əməkdaşlığımızı inkişaf etdirmək iradəmiz var. Ölkələrimiz və regionumuz üçün vacib olan bir çox sahələrdə qarşılıqlı etimad əsasdır".
Türkiyənin qonşu Yunanıstanı heç vaxt düşmən və ya düşmən görmədiyini vurğulayan prezident Ərdoğanin sözlərinə görə, Türkiyənin düşmənə deyil, dosta ehtiyacı var: "Mən tez-tez deyirəm ki, qonşularımızla, xüsusilə Yunanıstanla həll edə bilməyəcəyimiz heç bir problemimiz yoxdur. hazırda ortada olan problemləri cəsurca həll edə bilərik. Siz məndən Yunanıstana hücum və səfərimdə cənab Miçotakisə nə deyəcəyimi soruşdunuz. Ona bunu deyəcəyəm: Kiryakos, dostum, sən bizi təhdid etmədicə, biz səni təhdid etmirik. İki ölkə arasında etimadı gücləndirək, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, səhiyyə, texnologiya, təhsil, gənclər siyasəti kimi hər sahədə ikitərəfli əməkdaşlığı artıraq. Ölkələrimizdəki tarixi və mədəni sərvətlərə qarşılıqlı diqqət və qayğı göstərək. İstər Ege problemi olsun, istər qanunsuz miqranlara qarşı birgə mübarizə, Yunanıstandakı türk azlığı problemi olsun, biz dialoqla bunları həll edə bilərik. Bu il iki ölkədə keçirilən seçkilərdə hər iki hökumətin güclü ictimai dəstək aldı. Bu dəstəklə həm biz, həm də cənab Mitsotakis qətiyyyətli və konstruktiv addımlar atacaq vəziyyətdəyik”
Lamiyə
MİA.AZ
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat