Zahid Oruc: "Hazırda DTX-nın təcridxanasında həbsdə olan..." - "Qarabağ Qafqazlarda və dünyada sülh məkanına çevriləcəkdir"
05-12-2023 [13:29]
"Azərbaycanın inzibati ərazi quruluşunda dəyişikliklər edilməsi Vətən müharibəsində parlaq Qələbəmizin nəticəsidir və xalqımız təkcə ərazi bütövlüyü, siyasi suverenleiyini deyil, daxili idarəçiliyinin tamlaşması, uzun əzrlər boyu əcdadlarımızın yaşadığı ərazilərdə öz konstitusion haqlarını gerçəkləşdirməsi deməkdir. Söhbət Bakı və digər coğrafiyamızda yaradılan hər hansı yeni inzibati subyektdən danışmırıq, söhbət şəhidlərimizin, ordumuzun, Ali Baş Komandanın savaşla, qəhrəmanlqı və rəşadətlə qazandığı və indi rəsmi qərarla təsis edilən yeni rayonun mühüm tarixi hadisəyə çevrilməsidir".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc çıxışında deyib.
Onun sözlərinə görə, tarixi ədalətin bərpasından danışırkən, Ermənistan işğal dövründə yaratdığı qanunsuz ərazi vahidləri sırasında Şaumyan rayonu ilə Goranboyun da bir hissəsini xəritədə özünə qatmaqla, Ağdərə də daxil daha böyük ərazilərə nəzarəti həyata keçirməyə çalışmasını xüsusi vurğulamalıyıq:
"Bildiyiniz kimi, Ağdərənin rayon kimi statusunun ləğvi həm də 90-cı illərdə hakimiyyət və Silahlı Qüvvələr arasında hökm sürən xaosun nəticəsiydi, daha konkret desək 92-ci ildə qazanılmış uğurları həzm edə bilməyən qüvvələr sonrakı illərdə təxribatla həmin uğurların itirilməsində rol oynadılar. İndi tarixi ədalətin təntənəsindən danışarkən həm də son 200 ildə çarizm, Rusiya imperiyası və Sovetlər birliyi dövründə həyata keçirilən müxtəlif xarakterli inzibati-siyasi və idarəçilik dəyişikliklərilə baş verən demoqrafik və sosial-iqtisadi mənzərənin xalqımızın ziyanına formalaşdığını yada salmalıyıq.
Ona görə də ümidvarıq ki, Ağdərə rayonun yaradılması ilə Qarabağ arealında verilən idarəçilik qərarları məhdudlanmayıb qalmayacaq, tarixən Şuşanın mühüm rolunu rəsmi qərarla yenidən geri qaytaracaqlar. Belə ki, 1920-ci ildən sonra süni şəkildə Xankəndinin Qarabağın mərkəzinə çevrilməsi sonrakı antiazərbaycan hərəkatlarına təsirsiz qalmadı, nəhayət 90-cı illərdə proses özünün məntiqi sonuna çatdı.Ona görə də Şuşa tarixən mədəni, iqtisadi əhəmiyyətinə görə regionda tutduğu əhəmiyətli yeri və birincilik statusu prezident ilham Əliyev tərəfindən izmalanan strateji bəyənnamə, dövlət başçılarının orada qarşılanması Şuşanın siyasi paytaxt rolunun da yaxın gələcəkdə rəsmiləşdirləcəyinə inam verir".
Zahid Oruc bildirib ki, Ermənistanla hərbi atəşkəs dövründə 4 dəfə daha kütləvi toqquşmaların 3-ü məhz Ağdərə bölgəsi ətrafında baş vermişdi.Aprel döyüşləri zamanı ordumuzun qazandığı uğrular da məhz həmin istiqamətdə olmuşdu: "Vətən müharibəsinin başlandığı gün məhz həmin istiqamətdə düşmənə zərbələrin vurulması, Talış yüksəkliyi və Madagizin azad olunması ilə biz bir daha hazırki qərarın necə strateji təhlükəsizlik mənası daşıdığını bilməyilik".
Deputat daha sonra deyib: "Hazırda DTX-nın təcridxanasında həbsdə olan Davud Babayan 44 günlük müharibədən sonra müsahibələrində deyirdi ki, prezident İlham Əliyev Qarabağda landşaft, infrastruktur, yeni tunellər və yolların çəkilişi ilə müharibəni silahlı müstəvisindən iqtisadi-kommunikasiya platformasına keçirib. Doğrdudan da indi dünya erməniçiliyinin şəbəkəsi daha çox Ağdərənin ərazisində olan alban məbədləri üzərində ölkəmizə qarşı hücumlarının intensivliyi daha çoxdur və bizim gələcəkdə güclü, firvan, inkişaf etmiş bir bölgənin timsalında Qarabağ Azərbaycanın zəif yerindən, konflikt regionundan Qafqazlarda və dünyada sülh məkanına çevriləcəkdir".
Samir
MİA.AZ
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR