Lavrov "vəziyyət çox ciddidir" dedi və..." - "Blinken və Borel buradan qaçdı, onlar qorxaqdır, ancaq mən buradayam!"
01-12-2023 [18:11]
"Qəzzada vəziyyət çox ciddi hal alıb".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Şimali Makedoniyada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 30-cu iclası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Sergey Lavrov Qəzzadakı savaşın yenidən başlamasına toxunaraq bildirib ki, bölgədə ölə mülki əhalinin statistikası dəhşət doğurur: "BMT-nin açıqladığı məlumatlar dəhşətlidir. Ölən uşaqların sayı 6 mini, qadınların sayı 4 mindən çoxdur. Bunlar dəhşətdir. Orada atəşkəs olmalı, bütün problemlər dialoq yolu ilə həllini tapmalıdır".
Rusiya XİN başçısı rəsmi Moskvanın bölgədə "ikidövlətli həll" variantını dəstəklədiyini təkrarlayıb: "Müstəql Fələstin dövləti artıq elan olunmalıdr...".
ABŞ dövlət katibi Antoni Blinkenin ötən gün İsraildəki görüşləri və ABŞ-ın İsrailə dəstəyi ilə bağlı sualı cavablandıran Lavrov bildirib ki, oktyabrın 7-də HƏMAS-ln İsrailə qarşı terror aktını qətiyyətlə pisləyiblər: "Bununla belə, biz beynəlxalq hüququn kobud şəkildə pozulması ilə müşaiyət olunan formada İsrailin oktyabrın 7-dən sonrakı hücumlarını da normal qəbu etmirik. İsrailin təhlükəsizlik qorxusunu anlayırıq. Bu, təmin edilməlidir. Ancaq bunun birdəfəlik təminatı BMT-nin Fələstin dövlətinin yaradılması ilə bağlı qərarlarının yerinə yetirilməsindən keçir...".
Bəzi Qərb ölkələrindən nazirlərin ATƏT-in toplantısına qatılmamaması və Blinkenin görüşdən əvvəl qeyri-rəsmi şam yeməyinə qatıldıqdan sonra Skopyeni tərk etdiyini xatırladan Lavrov ameriaklı həmkarına "ilişməyi" də unutmayıb: "Həmkarım Blinken buradan qaçdı, ancaq mən heç yerə qaçmadım. Blinken və Borrell (Avropa İttifaqının ali nümayəndəsi - Mia.az) də buradan qaçaraq getdilər. Bu, niyə baş verir?! Yəqin bununla Rusiyanı təcrid edə biləcəklərini düşünürlər. Məncə, onlar qorxaqdır. Həm də gerçəkləri eşitməkdən çəkinir, dürüst danışmaqdan qorxurlar".
Qərb ölkələrinin ATƏT-i dağıtmaq siyasəti yürütdüyünü ifadə edən Lavrov əlavə edib ki, qərbli həmkarları ATƏT-i dağıtmaq istəyirlər: "Onların bu istiqamətdə apardıqları uğursuz siyasətdən dərs almadıqlarını gördük. Təşkilatı qətiyyətlə məhv etməyə çalışırlar. 95 faiz Qərbli həmkarlarının dünənki çıxışları da buna yönəlib. Sadəcə bir neçə nəfər ATƏT-in əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyi təmin etmək üçün yaradıldığını xatırladıb. Biz ATƏT-də yaradılan hər şeyin tamamilə pozulduğunu görürük".
Firudin Səfərli
MİA.AZ
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR