XİN başçısı ATƏT Nazirlər Şurasının iclasında: Tobias Billströmla nələr müzakirə olunub? (FOTO)

img

30-11-2023 [17:54]


Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveç Krallığının xarici işlər naziri Tobias Billström ilə görüşüb.

XİN-dən Mia.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə İsveç arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-İsveç ikitərəfli əməkdaşlıq gündəliyinin inkişafına impuls verilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti və rolu qeyd olunub.

C.Bayramov Azərbaycan tərəfindən 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planlar barədə məlumat verib.

Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 10.10.2024

Sabah yağış yağacaq