UKRAYNANI NƏLƏR GÖZLƏYİR: Zelenskinin qarşısında dayanan 3 seçim və... - Təhlil
30-11-2023 [11:39]
Rusiyia – Ukrayna müharibəsi uzanır, sonu yoxdur. ABŞ-ın və Avropanın bütün səylərinə, sanksiyalarına baxmayaraq, Rusiyanı məğlub etmək olmur.
Ukrayna isə, müharibədə batır – iaqtisadiyyatı dağılır, yüz minləri qırılır, milyonları qaçqındır. Zarafat deyil, Rusiya nə qədər zəif olsa da, 4 Ukraynanın yüküdür. Ukraynanı isə, nə NATO-ya qəbul edən, nə də AB-yə dəvət edən var. Artıq bütün dünyanın başı İsrail – Fələstin münaqişəsinə qarışıb və Ukrayna faktiki olaraq, yaddan çıxıb.
Necə olursa, olsun, bu qanlı müharibəni dərhal dayandırmaq, Ukraynanı təcili xilas etmək lazımdır. SOS siqnalı çalmağın əsl vaxtıdır. Hələlik 3 yol var və onlardan birincisi reallaşmasa, ikincisi qaçılmaz olacaqdır. 3-cü isə yalnız xəyaldır...
Beləliklə:
1.Rusiya – Ukrayna müharibəsində atəşkəs elan olunur, beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar başlayır və 2024-cü ilin əvvəllərində sülh müqaviləsi bağlanır. Doğrudur, bu variantda Ukrayna Krımı və faktiki olaraq, Donbası itirir. Amma bu, hazırda ən real variantlardan biridir və münaqişəyə (müharibəyə yox!) cəlb olunmuş qlobal güclər – Amerika, Rusiya və onların regional tərəfdaşları bu variantı dəstəkləyir. Bu varianta qarşı çıxan yeganə adam, məlum olduğu kimi, Ukrayna lideri Vladimir Zelenskidir. Ukraynada isə, prezident seçkiləri yaxınlaşır, amma keçiriləcəkmi, keçirilsə, necə olacaq?! Aydındır ki, hazırda sülh müqaviləsinin bağlanması Zelenskinin siyasi karyerasının sonu olacaq.
Eyni zamanda, qarşıdan ABŞ-da, sonra Rusiyada prezident seçkiləri gəlir. Şübhəsiz ki, hər iki ölkənin lideri seçkilərə müharibə ilə yox, sülhlə getmək istəyir. Bu isə, Zelenskinin siyasi karyerasından daha vacibdir. Həm də, mətbuata sızan, son vaxtlar sürətlə çoxalan məlumatlar Qərbin Zelenskidən, onun haqlı-haqsız tələblərindən yorulduğunu göstərir. Deməli, Zelenskili, ya Zelenskisiz, danışıqlar başlayacaq və 2024-cü ildə sülh müqaviləsi imzalanacaq.
2.Rusiya-Ukrayna müharibəsi uzanır və Ukraynanın geri çəkilməsi, məğlubiyyəti ilə davam edir. Zelenski seçkiləri keçirmir və hakimiyyətdə qalmaqda davam edir. Bu variantda Qərb – ABŞ və Avropa Birliyi ölkələri Ukraynaya siyasi və iqtisadi dəstəyi azaldacaq və Ukraynanın tam məğlubiyyəti qaçılmaz olacaq. Bu, həm də Ukraynanın yarısının işğalı, deməli, yeni Maydan hərəkatının başlanğıcı və Zelenski hakimiyyətinin sonu olacaq. Ukraynanı yenidən daxili qarşıdurmalar, çaxnaşmalar bürüyəcək, imkanı olanlar ölkəni tərk edəcək, müharibənin sarsıtdığı iqtisadiyyat daha da çökəcək. Zelenski isə, əgər "LİNÇ"dən qaça bilsə, ya Qərb ölkələrindən birinə, ya da tarixi Vətəni İsrailə fərar edəcək. Pis siyasətçi heç yerdə lazım olmadığı kimi, yaxşı artist də hər yerdə lazımdır.
3. Rusiya-Ukrayna müharibəsi 2024-cü ildə sona çatır, Rusiya geri çəkilir, Krım azad edilir. Vladimir Putin seçkilərdə məğlub olur və Rusiyada inqilabi dəyişikliklər qaçılmaz olur. Vladimir Zelenski isə, yalnız Ukraynada yox, bütün dünyada qəhrəmana çevrilir. ABŞ və Avropa Birliyi Ukraynanın yenidən qurulmasına dəstək verir, məğlub Rusiyanın Qərb banklarında dondurulmuş yüz milyardlarla valyutası bu istiqamətə yönəldilir. Bu, faktiki olaraq, dünyanın yarısının arzu etdiyi, amma reallıqdan uzaq bir variantdır. Obrazlı desək, Zelenskinin yuxularıdır. Artıq Rusiya-Ukrayna cəbhəsində keçən hər bir gün bizi bu variantdan uzaqlaşdırır...
Yeri gəlmişkən, artıq Ukrayna lideri Vladimir Zelenski də yuxudan ayılmışdır və 3-cü varianta inanmır, 2-ci variantla qarşılaşmaq qorxusu ilə yaşayır. Amma sabah 2-ci variantla qarşılaşmamaq üçün, nə qədər ki, gec deyil, bu gün 1-cini seçmək lazımdır. Yəqin ki, belə də olacaq – bu, az qala, bütün dünyanın tələbidir və Avropanın ortasında yanmaqda olan yeni bir humanitar fəlakət ocağını söndürməyin yeganə yoludur...
Qalib ARİF
MİA.AZ
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR