Deputat: "BDU-da 50 ildən çoxdur kafedra müdiri var, deyir ki..." - "O vaxt universitet rektorları həm də Milli Məclisin üzvü olublar, sonradan..."
29-11-2023 [17:33]
Elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı edib.
Mia.az-ın məlumatlna görə, nazir deyib ki, alimlərə siyasi vəzifə vermək düzgün deyil: “Alimlərin statusu vacibdir. Elə şərait yaratmaq lazımdır ki, alim sırf elmlə məşğul olsun. Həmin şəxsə siyasi status, yaxud hər hansı inzibati vəzifə verəndə alim olmur, çünki elmlə məşğul olmağa vaxtı qalmır. Misal olaraq, Əziz Sancar heç yerdə direktor deyil, sırf elmlə məşğul olur. Kənar işlərə, inzibati vəzifələrə meyl etməkdənsə, elmlə məşğul olmaqdan qürur duysun”.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, bir insanın iki vəzifədə çalışaraq uğur qazanmağı mümkünsüzdür:
“Alimlər bəzən böyük vəzifələr tutur, həm də kafedralarda kafedra müdiri vəzifəsini daşıyırlar. Zaman-zaman xeyli sayda bu cür insanlar olub. O vaxt universitet rektorları həm də Milli Məclisin üzvü olublar, sonradan bu aradan qaldırıldı. Bir insanın iki sahədə çalışması qeyri-mümkündür. Bu bütün dünyada belədir, elm adamları konkret olaraq elmin arxasınca gedirlər.
Əziz Səncər özü qeyd etmişdi ki, o, düz 40 il DNT ilə bağlı araşdırmalar aparıb, sonda kəşfə nail olub.
Hətta vaxtilə bir şəxs 20-25 il səfir vəzifəsində çalışıb, sonra qayıdıb universitetə gəlib ki, bu kafedra mənim kafedramdır, vəzifə mənə verilməlidir. Görün, elmdən nə qədər uzaq düşüb ki, elmə bu cür dırnaqarası yanaşma meydana çıxıb”.
Dünya təcrübəsindən danışan millət vəkili Avropa ölkələrində elm adamlarının vəzifəyə can atmadığını deyib:
“Dünyada Nobel mükafatçılarının böyük əksəriyyəti Amerikada yaşayır, onların hər hansı birinin siyasi vəzifədə çalışdığını görmüsünüzmü? Halbuki onlar konqresə də namizədliklərini verə bilərlər, deyə bilərlər ki, Nobel mükafatı almışıq və bu vəzifəyıə layiqik. Lakin bunu etmirlər.
Yaxşı olardı ki, Elm və təhsil naziri Emin Əmrullayev çıxışında deyəydi ki, Akademiyanın nəzdində olan institutların direktorları uzun illərdir bu vəzifədədir. Orada 30-40 il eyni vəzifəni daşıyanlar var. Axı elmə yeni nəsil gəlməlidir. Elmin paradiqmaları yenilənir və bir çox hallarda yaşlı nəsil onlarla ayaqlaşa bilmir, yeni texnologiyalara alışa bilmirlər, fiziki baxımdan buna gücləri çatmır.
Bu Azərbaycanda sanki ənənəyə çevrilib, çox uzun illər eyni vəzifəni bir nəfər icra edir. Məsələn, bu gün Bakı Dövlət Universitetində bir kafedra müdiri var, 50 ildən çoxdur ki, həmin vəzifədədir, 90-dan çox yaşı var, hələ də vəzifəsinə davam edir. (Araşdırmalarımız zamanı məlum oldu ki, həmin şəxs 94 yaşlı professor Məsumə Məlikovadır. O, 55 ildir ki, BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiridir – red)
Elmdə bu cür anomaliyalar var. Bu da elmin inkişafına mənfi təsir göstərməklə yanaşı, həm də pis ənənə yaradır. Elm və təhsil naziri bu barədə konkret misallar çəksəydi, yaxşı olardı”.
MİA.AZ
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR