Bakıda müharibə elan edildi: bu ərazi uğrunda savaş başlayır
28-11-2023 [19:35]
Venesuela qonşusu Qayananın üçdə iki hissəsini əhatə edən Essekibonu özünə birləşdirməyə hazırlaşır. Rəsmi Karakas hərbi əməliyyatlara başlamaq üçün dekabrın 3-də referendum keçirməyi planlaşdırır.
Diqqətçəkən məqam Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martinez Berroteranın ötən gün keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı açıqlama verməsidir.
“Essekibo ərazisi Venesuela üçün böyük əhəmiyyət kəsb edir, onun ölkəyə daxil olması ərazi bütövlüyümüzün bərpası deməkdir”.
Səfir deyib ki, dekabrın 3-də keçiriləcək referendum sayəsində bu ərazi ətrafında yaranmış mübahisəni demokratik yolla, əhalinin səsləri ilə həll etməyə çalışacaqlar.
O, “məsələni demokratik yolla həll etməyə çalışacağıq” desə də, müharibənin qaçınılmaz olduğu ehtimal edilir. Çünki artıq Venesuela ordusuna döyüş əmri verilib. Rəsmi Karakas iki aya yaxındır ki, hərbi hazırlıqlara başlayıb.
Prosesin pərdəarxası əslində tamamilə fərqlidir. Əvvəlcə onu deyim ki, Essekibo ərazisi və eyni adı daşıyan münaqişə 200 ildir, davam edir. Daha çox dondurlumuş bir münaqişə olan Essekibo son zamanlar yenidən alovlanıb. Venesuala ərazinin ona məxsus olduğunu iddia etsə də, Qayana bunu inkar edir.
Ərazini Venesuela üçün cəlbedici edən əsas səbəb təbii sərvətləridir. Belə ki, 159 min 500 kvadrat kilometrlik ərazi neft, qaz, qızıl, alman, uran və bir çox digər mineral ehtiyatlarla zəngindir. Qayana hakimiyyəti 2015-ci ildə ABŞ-ın “Exxon” şirkətinə neft rezervləri kəşf etməsi üçün icazə verməsi Venesuelanın işğala hazırlaşması üçün hazırlıqlara başlamasına gətirib çıxardı. Son illərdə Qayanın BƏƏ kimi bir neft dövləti olmaq siyasəti yeritməsi Maduronun iştahını daha da qabardıb. Maduro faktiki olaraq Essekibo ərazisini Qayanın əlindən alaraq neft səltənətini daha da gücləndirmək istəyir.
Pərdəarxası oyunçu
Venesuelanın Qayana ilə müharibəyə hazırlaşması diqqət çəksə də, Maduronun indiki məqamda buna cəsarət etməsi və onun ardındakı gücün kim olması bir o qədər düşündürücüdür.
Madura diktator olsa da, siyasi proseləri yaxşı izləyir. O bilir ki, hazırda dünya ictimaiyyətinin başı Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibələrinə qarışıb. Bundan başqa, Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi hələ imzalanmayıb. Yəni Cənubi Qafqazda da gərginlik alovlana bilər. Serbiyanın bir müddətdir Kosovo sərhədinə hərbi kontingent cəlb etməsi, Pakistanla Hindistan arasında son zamanlar gərginliklərin baş verməsi gələcəkdə bu regionlarda münaqişələrin alovlanma ehtimalından xəbər verir.
Venesuala prezidenti bütün bunları bildiyi üçün müəyyən mənada arxayındır. Dünyanın Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibələri qala-qala Cənubi Amerikaya diqqət ayırmayacağını düşünür. Digər tərəfdən, Maduronu cəsarətləndirən əsas ölkə, şübhəsiz, Rusiyadır. Rəsmi Moskva onsuz da dünya ictimaiyyətinin diqqətini Ukraynadakı müharibədən uzaq tutmağa çalışır. Bu məqsədlə aktiv şəkildə HƏMAS-ı dəstəkləyir. Kreml bundan başqa Ermənistanla Azərbaycan arasında yeni hərbi toqquşmanın baş verməsinə çalışır. Belə olan təqdirdə Latın Amerikasında, yəni ABŞ-a daha yaxın bir regionda müharibənin başlaması Ukrayna müharibəsində Rusiyanın əlini gücləndirə bilər.
Turan Rzayev
MİA.AZ
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR