Daha iki jurnalist polisə çağırılıb

img

23-11-2023 [12:43]


Daha iki jurnalist "Abzas Media"nın işi ilə bağlı polisə çağırılıb.

Mia.az Lent.az-a istinadla xəbər verir ki, jurnalistlər Nərgiz Absalamova və Sahilə Aslanova şahid qismində dindirilmək üçün Bakı şəhər Baş Polis İdarəsinə çağırılıblar.

Qeyd edək ki, "Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirilərək həbs ediliblər.

Bundan başqa, Məhəmməd Kekalov da "Abzas Media"nın işi ilə bağlı başlanmış cinayət işi üzrə polis tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb