10-06-2014 [12:55]
Bir Facebook statusu yazdım, xəbər oldu, səsi ta Qırğızıstandan gəldi. Normaldır əslində. Amma normal olmayan yönü də var. Ona görə də hər şeyə ardıcıllıqla baxaq.
Təxminən 20 gün
öncə belə bir status paylaşmışdım: "2012-ci il mayın 7-də Bişkekdə
Azərbaycan səfirliyi H.Əliyevin doğum gününü qeyd edirdi. Mən də dəvətli idim.
Bu adamı orda görmüşdüm. Amma sözüm onda deyil. Elə həmin günlərdə Bişkekdə
dostum, Qırğızıstanın o vaxtki ombudsmanı Tursunbek Akunla görüşə getmişdim. O,
məndən üzrxahlıq edib başqa yerdə olduğunu, amma yenə də ofisə keçib, onu
gözləməyimi xahiş etmişdi. Biz də Qırğızıstanın Böyük Briyaniyadakı keçmiş
səfiri, yaxın dostlarımdan biri Kuban Mambetaliyevlə birlikdə Ombudsman
idarəsində oturub onu gözləyirdik. Bu arada bizdən bir qədər aralıda gənc bir
işçi qız bilgisayara ona diktə edilən mətni yazırdı. Diktə edən də elə mən
yaşda olan bir qırğız idi. Birdən adam mənim üzümə baxıb, "Nüsrət Məmmədov
sizsiniz?", deyə soruşdu.
Rusca təbii.
Mən də çaşıb qaldım və dedim ki, yox. Sonra soruşdum ki, nə məsələdir? Dedi bu
Nüsrətdən ombudsmana şikayət daxil olub. Hardasa 60 min dollar pul atıb bir
mətbəəyə. Yanılmıramsa, H.Əliyevlə bağlı kitab çap elətdiribmiş, amma pulunu
vermirmiş. Alacaqlı da daha haralara şikayət etməyib? Amma bir nəticəsi
olmadığından ombudsmana müraciət edibmiş. Bu olaydan sonra bu Nüsrətin
kimliyilə maraqlandım. Kaş ki, maraqlanmayaydım.
Daha nələr
danışmadılar mənə? İndi AzNews.az-da və digər saytlarda yazılanları oxuduqca
düşünürəm ki, gərək elə o vaxt mən özüm bu məsələni ictimailəşdirəydim. Amma
olsun, yenə də Əziz müəllim cəsarət tapıb bunları açıqlayıb. Doğrudan da bu
adam Qırğızıstanda Azərbaycanı biabır etməklə məşğuldur. Halbuki həmin ölkədə
qırğızlar azərbaycanlıların başına and içir...”.
Söhbət, son günlər medianın gündəmini məşğul
edən, özünü "Türkdilli Dövlətlərin Siyasətinə Dəstək” Fondunun sədri kimi
təqdim edən Nüsrət Məmmədov adlı şəxsdən gedir. Yuxarıda da yazdığım kimi, onu
tanımırdım, adını ilk dəfə təsvir etdiyim olayda eşitmiş və barəsində
maraqlanmışdım.
AzNews.az-dakı
dostlar da izn istəyərək bunu bir xəbər
(www.aznews.az/site/index.php?c=news&id=55975 ) kimi yayınlamışdılar. Belə
bir status yayınlamağıma səbəbsə, yenə də AzNews.az-da bu şəxs haqqında
yayınlanmış bir məktub (www.aznews.az/site/index.php?c=news&id=55662)idi.
Amma sözüm onda deyil. Sözüm bu statusdan uzaqgörən nəticələr çıxarıb məni
gözümçıxdıya salmaq istəyənlər haqqındadır.
Bir zamanların azadlıq carçısı olmuş, indi isə
sadəcə özünü heç cür təsdiq edə bilməyən siyasi qüvvənin divar qəzeti rolunu
oynamaqdan uzağa gedə bilməyən "Azadlıq” qəzeti dərhal mənim fikirlərimlə
bağlı Qırğızıstana müraciət etmiş, aldığı cavabı(www.azadliq.info/xeberler/358-xeber/46772-foevqlad-v-slahiyytli-sfir-byan-edir.html)
da mənim heç bir rəyimi soruşmadan dərc etmişdir. Buna da normal yanaşmaq
olardı. Lakin bir məqam məni hədsiz hiddətləndirdiyi üçün məsələyə təkrar
qayıdıram.
Mənim paylaşımımda adı keçən Kuban Mambetaliyevə
müraciət etmiş "Azadlıq”ın baş redaktoru Qənimət Zahid məsələyə onun
münasibətini öyrənmiş və dərc etmişdir. Və yenə də "Azadlıq”ın son illər
sərgilədiyi ampluaya sadiq qalaraq yalan və yanlış informasiyalara yer
verilmişdir. Həmin yazını oxuduqdan sonra Kubana zəng edib bəzi məsələləri
dəqiqləşdirmək istədim. Və bəlli oldu ki, Kubanın narazı qaldığı məqam sadəcə o
statusda onun adının çəkilməsidir. O, mənimlə söhbətdə qeyd etdi ki, Nüsrət
Məmmədovu tanıyır, onunla birlikdə işləyir və bir-birilərinə sayğıları var.
Təbii ki, qarışacağım məsələ deyil. Əlbəttə, deyə bilərəm ki, mənim yazdığım
bir statusa görə, Nüsrəti bu qədər tərifləyən bir məqaləylə, özü də birbaşa
Qırğızıstan mediasında çıxış etmək, hələ bir Azərbaycana da bunu göndərmək nəyə
lazım idi? Üstəlik, böyük qardaş dediyim Kuban Mambetaliyev ona ünvanlanan
suallara cavab verməzdən öncə mənimlə danışıb məsələnin mahiyyətini
dəqiqləşdirə də bilərdi. Amma etməyib. Buna görə də ondan incimirəm. Özünə də
dedim və sonradan həmin statusu rus dilinə tərcümə edərək Kubana göndərdim ki,
birilərinin onu yanıltdığını anlaya bilsin.
Düşünürəm ki,
anladı da. Çünki "Azadlıq” qəzetinə göndərdiyi cavabı mənə də, özü də
orijinalda olduğu kimi, rus dilində göndərməsini xahiş etdim və göndərdi. Elə
burda da xoruzun quyruğu göründü.
Kubanın
Qırğızıstanda çıxan "İskra plyus” adlı qəzetdə də dərc edilmiş yazısından
belə başa düşürəm ki, ona sual ünvanlayanlar, sadəcə bu adamı bilərəkdən
yanıldıblar. Örnək üçün, Kuban yazır ki, ovaxtkı Ombudsman Tursunbek Akunun
qəbulunda uzun müddət gözləməli olduğumuzu iddia etmişəm.

Halbuki mən elə
bir şey (uzun müddət – A.H.) yazmamışam. Digər tərəfdən iddia edilir ki,
hansısa "oğlan” Nüsrət məsələsini qaldırıb. Mənsə yazmışam ki, özüm yaşda
olan bir qırğız bu sualı verib. Ümumiyyətlə bu olayı təkzib etməsinə gəlincə
isə, görünür, sadəcə yaddaşı onu aldadır. Bütün bunlar bəlkə də xırda
ayrıntılardır. Amma düşündüm ki, ən xırda ayrıntı belə insanı yanıltmağa
yetərlidir və təəssüf ki, bu halda yanıltma var. Bununla belə mən Kuban Mambetaliyevdən
incimirəm, ona sayğım var, evində çörək kəsmişəm, faydalı bir şəxsiyyət
olduğunu düşünürəm və o fikrilə razıyam ki, adını çəkib onu bu məsələyə
qatmaqla yanlışa yol vermişəm.
Kubanla bağlı məsələyə burda nöqtə qoyub
keçirəm məsələnin digər tərəfinə.
Bu Nüsrət
Məmmədov məsələsinə "Azadlıq” qəzetinin bu qədər maraq göstərməsinin
səbəbi nədir əcəba? Axı Nüsrət Məmmədov özünü "heydərçi” kimi təqdim edir,
"Azadlıq”ın da bu "rejim”ə bağlı hər kəsdən zəhləsi gedir.
Necə oldu da
bir "heydərçi” üçün bu qəzet bu qədər diqqət ayırdı? Mən belə başa düşürəm
ki, bunun təşəbbüskarı elə Nüsrət Məmmədovun özü ola bilər. Görünür o,
"Azadlıq” qəzetinin və mənsub olduğu siyasi kəsimin mənə düşmən münasibəti
haqqında məlumatlıdır və özünü müdafiə üçün məhz bu səbəbdən oranı seçib.
Əlbəttə ki, bu, bir iddiadır və yanlış da ola bilər. Digər bir iddiam isə odur
ki, "Azadlıq” qəzeti məni məhz heç vaxt heç bir halda vaz keçmədiyim Türk
dünyası məsələsində üz-üzə qoymaq üçün bu addımı atıb. Çünki nə Kuban
Mambetaliyevin Azərbaycan mediasını, gündəmini izlədiyini deyə bilərik, nə də
lap elə Qənimət Zahid və qəzetinin Qırğızıstan gündəmini izlədiyini. Bunlar
bir-birinə tərs məsələlərdir təbii. Deməli, əsas məqsəd məni öz ağıllarınca
vurmaq olub ki, bu işdə də 15 illik dostum Kuban Mambetaliyevdən istifadə
ediblər. Ancaq o da mənim izahatımla qane olduğu üçün məktubunda yazır ki,
"artıq bu məsələni qapatmaq olar və ümid edirəm ki, bu, bizim
münasibətlərimizə zərər gətirməyəcək”. Mən də qapatmağın tərəfdarıyam. Amma
Azərbaycan mediasında tirajlanmış yanlış bilgilər ortadaykən iş bitmədən
məsələni qapada bilmərəm. Yəni aydınlıq gətirilməsi gərəkən məsələlər var
hələ.Bu Nüsrət Məmmədov həmin statusum xəbər olaraq yayımlandıqdan sonra mənə
zəng edərək aşağı-yuxarı danışmış və iddia etmişdi ki, ona məhkəmədə cavab
verməli olacam. Təbii ki, sözü demişəmsə cavabını da verməyə hazıram və
qorxub-çəkindiyim bir hal da yoxdur. Ancaq düşünürəm ki, məni məhkəməylə
hədələyən və guya ki, Türk dünyasına xidmət etdiyi iddiasında bulunan bu adam haqqında
bəzi məqamları diqqətə çatdırmaq yerinə düşərdi.
Yuxarıda da qeyd etdiyim kimi, bu adamı
tanımırdım, adını mənfi yöndə eşitdikdən sonra barəsində maraqlanmağa
başlamışam. Son günlərin olaylarından sonra isə bir qədər də dərin araşdırma
aparmışam. Və bəlli olub ki, bu adam doğrudan da fırıldaqçıdır! Özü də Heydər
Əliyevin kölgəsində gizlənərək bu əməllərini həyata keçirir. Elə olmasaydı
Bişkekdə toyuq damına oxşayan bir budka tikib üstünə Heydər Əliyev Fondunun
emblemini yapışdırmaz, altına da "Heydər Əliyev guşəsi” yazmazdı. Və bu
işi H.Əliyev Fondunun prezidenti, çox hörmətli birinci xanım Mehriban
Əliyevadan xəbərsiz etməzdi. Və buna qədərsə Bişkekdə özünü H.Əliyev Fondunun
təmsilçisi kimi təqdim edib eyni adda təşkilatı da qeydiyyatdan keçirməzdi.
Adam bəsbəlli H.Əliyevin də, Mehriban Əliyevanın da adından istifadə edib onun
xəbəri belə olmadan özünü birinci xanımın başçılıq etdiyi təşkilatın təmsilçisi
kimi təqdim etməzdi. Amma edirmiş!
Araşdırmalarımdan bəlli olur ki, bu adam
Azərbaycan baş nazirinin 1-ci müavini Yaqub Eyyubovla da münaqişədədir. Hətta
etiraz piketi keçirib onun portretini də yandıracağıyla hədələyirmiş.
(azpolitika.info/?p=3241)
Üstəlik,
Prezident İlham Əliyevin verdiyi "Tərəqqi” medalından da imtina edib onu
Yaqub Eyyubova göndərəcəkmiş. Etiraz əlaməti olaraq. Səbəb nəymiş?
Səbəb budur ki,
Yaqub Eyyubov Azərbaycan-Qırğızıstan məsələlərinə məsuldur, Bişkekdə
səfirliyimizin aldığı torpaq sahəsində H.Əliyev parkı salınması işinə bu
Nüsrəti yaxın qoymurmuş! İndi gəl də bu adamdan soruş ki, Azərbaycan dövləti
durduğu yerdə sən kimsən ki, onun edəcəyi işə sahiblənirsən?
Daha bir
maraqlı nüans isə Röya Osmanova
(www.aznews.az/site/index.php?c=news&id=54980)adlı gənc bir qızla bağlıdır.
Bu qız Krasnodarda tələbəymiş. Bu Nüsrət də onunla internetdə yazışıb, qızı
yoldan çıxarıb ki, gəl, səni Bişkekdə havayı oxudacam. Özü də bu işi yenə də
H.Əliyev Fondunun adından edib. Bişkekə gələn qızı aldadıb, hətta ona əxlaq
dışı təklifdə bulunması bu gənc xanımın Azərbaycan səfirliyinə müraciət
etməsilə sonuclanıb...
Bu adam bir də
iddia edir ki, Azərbaycanın Qırğızıstandakı keçmiş səfiri, çox hörmətli Arif
Ağayevi vəzifəsindən uzaqlaşdırıbmış! Yenə də deyirəm, sən kimsən ki, səfiri
vəzifədən uzaqlaşdırasan? Arif müəllim sadəcə səhhətində yaranmış çox ciddi
problemlə bağlı fiziki olaraq vəzifəsini icra edə bilmirdi və şəxsən cənab
Prezidentdən xahiş etmişdi ki, onu başqasıyla əvəz etsin. Əvəz də edildi. Bu
dəfə də çox dəyərli ziyalı, diplomat Hidayət Orucov Qırğızıstana səfir
göndərildi. İndi bu Nüsrət Hidayət müəllimlə də yola getmir! Adama deyərlər ki,
bir nəfər pis olsun, iki nəfər pis olsun, daha qarşına çıxan hər kəs necə pis
ola bilər axı?
Hələ oradakı
dostlar deyir ki, bu adam görüm-baxım yoluyla bəzi iş adamlarına söz verirmiş
ki, onları Bakıda və Bişkekdə çox yüksək rütbəli
dövlət
adamlarıyla görüşdürə bilərmiş. Açığı, belə bir məsələni dəqiqləşdirmək çox
çətin olduğu üçün üzərindən keçməyə məcburam. Amma belə adamdan belə hərəkət
gözləmək olar.
Burada
sadaladığım və sadalamadığım faktları nəzərə alaraq Qırğızıstan
Azərbaycanlılarının "Azəri” İctimai Birliyi bu adamı öz sıralarından xaric
edib. Və bu yaxınlarda birlik əlavə müraciət
(www.aznews.az/site/index.php?c=news&id=55662 ) yayaraq Nüsrət Məmmədovun
əməllərinə son qoymalı olan instansiyalara çağırış edib. Elə mənim yuxarıda
təqdim etdiyim status da bu müraciət dərc edildikdən sonra ortaya çıxdı.Yoxsa
bu adamı elə adını eşitdiyim 2012-ci ilin may ayındaca unutmuşdum.
Amma indi
düşünürəm ki, Azərbaycan dövləti belə bir reputasiyası olan şəxslə bağlı
lazımlı tədbirləri görməlidir. Düzdür, Nüsrət Məmmədov çıxıb iddia edə bilər
ki, (necə ki, edir) ona böhtan atırlar. Ola bilər. Lakin bir adama qarşı niyə
bu qədər böhtan atılsın ki? Özü də kimlər tərəfindən!
Səfirlər, baş
nazirin müavini, diaspor rəhbərlərinin işi-gücümü qurtarıb da durub buna böhtan
atsınlar?
Hə, təkrar olsa da, bu adam iddia edir ki,
Bişkekdə H.Əliyev parkı açmaq istəyir, ona mane olurlar. Bu hələ də anlamır ki,
Bişkek kimi bir şəhərdə H.Əliyev boyda şəxsiyyətin adına açılacaq parkın
təməlini ən azı Prezident İlham Əliyev atmalı və parkı da Azərbaycan dövləti
qurmalıdır! Sən axı adi bir "H.Əliyev guşəsi”ni toyuq damı kimi təsəvvür
edirsən, parkdan nə anlarsan bəs?
Hələ mən bir də
sual verə bilərəm ki, 80-ci illərin sonunda, Azərbaycandamilli azadlıq hərəkatı
başladığı halda, torpaqlarımızda qanlar axmaqdaykən niyə ölkəni qoyub
Qırğızıstana yerləşmisən? Axı bu ölkənin sənin kimi "cəfakeş
vətənpərvərlər”ə ehtiyacı vardı o zaman? Bəlkə bu suala da cavab verəsən,
Nüsrət Məmmədov?
Azər Həsrət,
CASCFEN başqanı
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi