İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiya... - İclas oldu
22-11-2023 [11:50]
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”nın icrası ilə bağlı xüsusi iclası keçirilib.
Mia.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadla xəbər verir ki, iclasda Komissiya sədri, Dövlət Xidmətinin rəisi İlqar Musayev ölkə Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş Strategiya haqqında məlumat verib, qeyd edib ki, sənəd ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə təsdiq edilib.
Daha sonra Komissiyanın gündəliyinə daxil olan məsələlərinin müzakirələrinə başlanıb. Gündəliyə uyğun olaraq Strategiyanın icrasının səmərəli təşkili məqsədilə Tədbirlər Planının yerinə yetirilməsinə məsul olan qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması ətrafında müzakirələr aparılıb. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqi və qiymətləndirilməsinin təmin edilməsi ilə bağlı təkliflər və mexanizmlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Müzakirələr zamanı Strategiyanın əhatə dairəsinin genişliyi nəzərə alınaraq, görülən işlərin vahid bazada toplanılması, eyni zamanda işçi qrupların fəaliyyətinin əlaqələndirilməsi və nəticələrin qiymətləndirməsi üzrə informasiya ehtiyatının - portalın yaradılması qərara alınıb.
Gündəliyinə daxil olan məsələlərlə əlaqədar komissiya üzvləri - daxili işlər nazirinin müavini İsmət Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini general-leytenant Zaur İsmayılov, Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov rəy və təkliflərlə çıxış ediblər. Müzakirələrdən sonra Komissiya üzvləri gündəlikdə olan məsələlər ilə bağlı müvafiq qərarlar qəbul edib.
Sonda Komissiya sədri müzakirə olunan məsələlərin protokollaşdırılmasının, zəruri tədbirlərin görülməsinin, birgə layihələrin hazırlanmasının vacibliyini bildirib.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib