Sosial media fenomeni olan iki bacı hakim qarşısına çıxarıldı - FOTO

img

16-11-2023 [12:26]


Cinayət yolu ilə gəlir əldəetmə, "çirkli pullar"ın yulyulması və dələduzluq ittihamı ilə sacxlanılan sosial medianın nüfuzlu fenomenləri Alisya Bahar Candan və onun bacısı "Nihal Candan" kimi tanınan Gülnihal Çiçəkin istintaqdakı ifadələri yekunlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bacılar İstanbuldakı Küçükçekmece məhkəməsinə sövq ediliblər.

Onların barəsində bu gün həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Məlumata görəə, Alisya Bahar Candan və Gülnihal Çiçəyin hər biri təxminən 4 saat davam edən polisə ifadələrində 20-dən çox sual ətrafında dindiriliblər. Onların ittihamları qəbul etmədikləri də bəlli olub.

Xatırladaq ki, ii bacının da adı hallandığı cinayət şində 13 zərərçəkən var. Onlar  zərərçəkənlərin ümumilikdə 100 milyondan çox vəsaitini müxtəlif dələduzluq yolları ilə ələ keçirməkdə ittiham olunurlar.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR