Xəzər dənizində iki balıqçı itkin düşüb - Adlar (VİDEO)

img

12-11-2023 [14:42]


Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

Mia.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-cü il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA