Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-11-2023 [00:08]
Qoç - yaşam və fəaliyyət arealınızda müsbət olaylar yaşanacaq. Sürpriz, dəvət istisna deyil. Ev və yaxınlarınızla bağlı xərclər zamanıdır. Çoxdan planlaşdırdığınız əşyanı almaq olar.
Fəqət, xərc limitini keçməyin, bədxərclik etməyin. Gələcəyi planlaşdırmağa başlayın, yeni imkanlardan yararlanın. Nağdı qoyub nisyəyə aldanmayın.
Aradığınız həll aşkarlanacaq.
Səfər və səyahət ola bilər. Yeni tanışlıqların yaxşı perspektivləri var.
Şəxsi münasibətlər üçün düşərli vaxtdır.
Buğa - narahat, qaçdı-qovdulu gündür. Danışıqlar aparmaq, sövdələşmək, razı salmaq məharətinə ehtiyac var. Bilavasitə sizdən asılı olan məsələlərdə irəliləyişə nail ola bilərsiniz. Yeni işlər və alış-veriş üçün əlverişli zamandır.
Maliyyə məsələləri ilə bağlı prosesi ciddi nəzarətdə saxlayın.
Gəlir mənbələrini artırmaq və daha az vaxt sərf edərək daha effektiv çalışmağın yollarını arayın. Maraq obyektlərinin sayı artır.
Müsbət və mənfi stresslər istisna deyil.
Günün ikinci yarısında ev işləri ilə məşğul ola bilərsiniz.
Romantikaya qapılmayın.
Əkizlər - çoxsaylı xəbərlər və təkliflər olacaq. Yaxın ətrafınızdakı insanlardan biri sizdən öz məqsədləri üçün yararlanmağa can ataraq parlaq perspektivlərlə şirnikləndirməyə çalışacaq. Seçim etmək asan deyil. Təkliflərlə bağlı yeni məlumatlar əldə etməyə çalışın.
Günün ikinci yarısında vəziyyət aydınlaşmalı, emosiyalar sakitləşməlidi. Məhz bu zaman nə etməli olduğunuzu anlayacaqsınız.
Müşahidə edin. Hadisələr öz axarında cərəyan edirsə, müdaxiləyə əl atmayın. İş yerində qayda yaradın. İş yoldaşlarınızla münasibətlərdə diqqətli olun.
Axşam saatlarında yaxınlarınızla təmaslar emosional ola bilər.
Hisslər burulğanına düşməyin.
Xərçəng - gün uğur vəd edir. Sizin üçün önəmli insandan dəstək və ya təklif ala bilərsiniz. Yeni layihəyə başlamaq, anlaşmaya nail olmaq, əməkdaşlıq, alış-veriş üçün yaxşı gündür. Maliyyə əməliyyatlarında sayıq olun.
Şəxsi məsələlərin həlli, önəmli qərarların qəbulu üçün əlverişli zamandır.
Tərəfdaş, şərik və ya ailə üzvləri ilə məsləhətləşin, müxtəlif variantları müzakirə edin. Şanslarınızı artırmaq üçün aktiv olun. Təmayüllər pozitivdir. Onlardan faydalanmağa çalışın.
Şir - uğurlu gündür. Başladığınız işləri yaxşı başa vursanız da, nailiyyətlərinizə sevinməyən bədxahlar var. Sizə yaltaqlanan və ya tam tərsinə, sərt danışan insana dərhal reaksiya verməyin.
Təmkinli davranın ki, məramlarınızdan kimsə duyuq düşməsin.
Kollektivdə gözlənilməz xəbərlər olar bilər. Malik olduğunuz imkanlar çərçivəsində hərəkət edin, baş verənlərdə səbatlı davranmaq üçün maksimum səylər göstərin. Dəyişikliklər mərhələsinə daxil olursunuz. Uğurlar və nailiyyətləri təsadüf müəyyənləşdirir. Nikbinlik və ideyalar əxz edə biləcəyiniz uğurlu, bacarıqlı insanlarla təmasda olun.
Axşam saatlarında yeni hisslər yaranacaq, şəxsi münasibətlərdə yeni ümumi perspektivlər və planlar formalaşacaq.
Qız - yaxşı gündür. Diqqət mərkəzində olacaqsınız. Xoş xəbərlərdən həzz almaqla yanaşı, qarşılıqlı fəaliyyətə və əməkdaşlığa önəm verin. Yaranan azsaylı şanslardan maksimum faydalanın.
Başqalarının fəaliyyəti, əməlləri, motivasiyası və ya cavab reaksiyasını dəyərləndirməyə tələsməyin. Fəaliyyətinizdə irəliləyişə səbəb ola biləcək ünsürlərə xüsusi fikir verin. Sonucları nəzərdən keçirin, zəif yerləri müəyyənləşdirin. Bu minvalla yeni orientirlər seçə biləcəksiniz. səhhətinizə fikir verin. Axşam saatlarında maraqlı görüşlər ola bilər. Köhnə inciklik və səhvlərin ağırlığından qurtulun, yeni perspektivləri araşdırın.
Tərəzi - ümumi fon qənaətbəxşdir. Yeni təəssüratlar, xəbərlər, başlanan işin uğurla başa çatdırılması ehtimalı güclüdür. İnformasiya və təklif seli güclü ola bilər. Seçim etmək çətindir.
Alış-verişdə qənaət etməli olduğunuz anda bədxərclik etməyin.
Bir sıra məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. İstənilən halda həmsöhbətin durumuna və əhvalına fikir verin. Pozitiv olun. Belədə problemlərin çoxunu elə rüşeym halında çözərək lazımi nəticəyə nail ola bilərsiniz.
Günün ikinci yarısında yaranacaq çətinlikləri dəf edəcəksiniz. Yaxınlarınızla səmimi söhbət stressdən qurtulmağınıza yardım edəcək. Sevdiyiniz insanları sevindirin. Onlar da əhvalınızı yaxşılaşdıracaqlar.
Əqrəb - aktivliyinizi uzunmüddətli layihələrin həlli strategiyasına yönəldin. Yaxın gələcəyi tərəfdaşla müzakirə edin. Səfər və ya səyahət üçün yaxşı gündür.
Günün ikinci yarısı əlverişli dönəmdir. Ötənlərdəki qərar və ya addımınız indi aktual olan məsələnin həllində əlavə təkan, stimul rolunu oynayacaq.
Şəxsi münasibətlərdə yaranmış sərinliyi aradan qaldırın, yeni təmaslar qurun. Tanış olduğunuz insanla həssas davranın.
Yaşamın normal məcraya düşdüyü bir vaxtda əlavə şərtlər peyda olaraq sizdə stress və ya gərginlik yarada bilər. Təmkinli olun, baş verənləri daha çox təcrübə qazanmaq imkanı kimi dəyərləndirin. Önəm verdiyiniz insanlarla qarşılıqlı anlaşmaya can atın.
Şəraitin diqtə etdiyi məsələlərlə məşğul olun.
Oxatan - qarşınızda çoxlu yol var, yeni imkanlar yaranır. İstiqaməti seçin, hədəfi konkretləşdirin. Cari işləri və xüsusilə də maliyyə məsələlərini ciddi nəzarətdə saxlayın. Birgə əmlak, mirasla bağlı problemləri həll etmək üçün yaxşı gündür. Yaşamınızda yad pullar mövzusu yaranacaq. Perspektivlər əlverişlidir.
Xəbərdarlıq nişanələrinə fikir verin. Emosiyalara qapılmayın. Zəiflik və kiçik yanlışlıqları bağışlayın, şəfqətli davranın. Axşam saatlarında açıq havada gəzintidə xeyir var.
Alış-veriş də etmək olar.
Oğlaq - ideyalarla planları saf-çürük etmək zamanıdır. Yalnız öhdəsindən gələ biləcəyiniz işlərə başlayın. Tamahkarlıq etməyin, əks təqdirdə yorğunluğunuz istirahət zərurəti yarada bilər.
Maliyyə məsələlərini çözərkən diqqətli olun. İmpulsiv qərarlar qəbul etməyin.
Fəaliyyət sahənizin müəyyən qismini qaydaya salın, informasiyanı sistemləşdirin. Narahatlıq və ya nigaranlıq hissləri varsa, bir müddət istirahət edin. Alış-veriş üçün əlverişli zamandır. Yaxınlarınızın yaşamını kontrol altına almağa çalışmayın.
Dolça - münasibətləri yeniləyin, işdə müəyyənləşdirilmiş hədəfə çatmağa çalışın. Şərait, yaşam arealı, ətrafdakı mühit xüsusi əhəmiyyət kəsb edir. Günün ikinci yarısında orijinal ideya yarana bilər.
Problemlər müstəqil həll tələb etsə də, işin bir qismini etibar etdiyiniz insana tapşırın.
Alış-veriş, tərəfdaşla qarşılıqlı anlaşmaya nail olmaq üçün münasib zamandır. Kollektivdəki münasibətlərin məğzinə varmağa, araşdırmalar aparmağa çalışmayın. Münasibətlər və təmaslar dairəsini məhdudlaşdırın. Müstəqil çalışın. Emosional reaksiya səviyyəsi yüksək olarsa, ətrafınızdakı insanlarla münasibətlərdə problemlər yarana bilər. Şikayətləri dinləyin, məsləhət verin. Amma bütün dərdləri ürəyinizə salmayın.
Balıqlar - planlarınıza uyğun olaraq davranmaqla bahəm, yaranmış şəraitdən də faydalana bilərsiniz. Uzun müddətdən bəri gerçəkləşdirməyə çalışdığınız layihənin zamanıdır. Münasibətlərdəki dəyişikliklər rolların yenidən nəzərdən keçirilməsinə ehtiyac yaradır. Əlavə məsuliyyətin həvaləsi də mümkündür.
Yaşananlar taledəki karmik dönüşlər və yeni tapşırıqlardan xəbər verir. Yeni "əraziyə yiyələnmək" olar. Tələsməyin, təşəbbüsü minimuma endirin, inadkarcasına davranmayın. Çevik olun, işin detallarına fikir verin. Ev işlərini və yaxınlarınızla münasibətləri qulaqardına vurmayın.
Ailə üzvlərini birləşdirə biləcək mövzu olarsa, axşam saatları yaxşı keçəcək. Valideynlərinizlə münasibətlərdə həssas davranın, onların könlünü alın.
Milli.Az
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO