8 Noyabr-Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət edildi - FOTOLAR

img

07-11-2023 [21:51]


SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ceyhun Şıxəliyev və digər struktur bölmələrin rəhbərləri 8 Noyabr-Zəfər Günü ərəfəsində övladları vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, Birlikdə çalışan dörd əməkdaşın ailəsini ziyarət ediblər.

Mia.az xəbər verir ki, Baş direktorun müavini şəhid Zaur Mədətovun və Rauf İbadovun ailələrini ziyarət edərək onların qayğıları ilə maraqlanıb.

Söhbət zamanı vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhadətə yüksələn şəhidlərin əziz xatirəsi yad edilib.

Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov şəhid Nurəhməd Ulubəyovun və Osman Manafovun ailələrini ziyarət edib. Görüş zamanı Birlik rəsmisi şəhidin ailəsinin qayğıları ilə yaxından maraqlanıb. Şəhid ailələri onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA