“Azəriqaz” bayram və qeyri-iş günlərində gücləndirilmiş rejimdə işləyəcək

img

07-11-2023 [16:10]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bayram və qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Mia.az “Azəriqaz”a istinadla bildirir ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) inzibatı binasında, Xəzər və Qaradağ xidmət sahələrində bayram günləri (8 və 9 noyabr tarixləri) saat 10:00-dan 14:00-a qədər, qeyri-iş günləri (10,11,12 noyabr tarixləri) saat 10:00-dan 17:00-dək, həmçinin “ASAN Kommunal” mərkəzlərində 11 noyabr tarixindən vətəndaşlara xidmət göstəriləcək.

24/7 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək. Qaz təsərrüfatına dair abonentləri narahat edən hər hansı məqam olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazmaqla məlumat verə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA