Vahid Mustafayev Mirşahin haqda belə dedi: “Siz hər yoldan keçən adama qulaq asmayın” - Əli Həsənov mənə dedi ki..." (VİDEO)
02-11-2023 [17:31]
“Biz qəpiyinə qədər bütün vergiləri verirdik. Bütün Vergilər Nazirliyi tökülürşürdü bizim redaksiyamıza, ən xırdalığa qədər yoxlama aparırdılar, amma bir dəfə də olsun ANS-ə cərimə kəsə bilməmişdilər”.
Bunu ANS Şirkətlər Qrupunun təsisçisi Vahid Mustafayev BBC Azərbaycanca-ya müsahibəsinin ikinci hissəsində bildirib.
ANS TV-dəki qaydalardan danışan şirkət rəhbəri həmişə işçilərinə qarşı çox tələbkar olduğunu vurğulayıb: “ANS-in konsepsiyasına görə, xəbər verilərkən mütləq bütün tərəflərin mövqeyi təqdim olunmalıydı. Bizim tələbimizə görə, müxbirlər xəbər hazırlayarkən bütün tərəfləri harda olursa olsun, tapıb danışdırmalıydılar”.
V.Mustafayev deyib ki, ANS-in əməkdaşları həm o dövrlə, həm də indiki zamanla müqayisədə çox yüksək maaş alıblar: “İndiki pulla bizim əməkdaşlarımız 2-3 min manat maaş alırdılar”.
V.Mustafayev deyib ki, efirə verilən materiallarla bağlı heç vaxt hökumətdən sifariş almayıblar:
“Amma bəzən təzyiqlər olurdu. Məsələn, işığın qiyməti 2 qəpik qalxmışdı. Mən iqtisadiyyat şöbəsinə dedim ki, siz reportaj hazırlayarkən bahalaşmanı qəpiklə deməyin, faizlə ifadə edin. Onda bizim iqtisadiyyat şöbəsinin xəbərində elektrik enerjisinin qiymətinin 16 faiz qalxdığı bildirilmişdi.
Əli Həsənov Prezident Aparatından mənə zəng etdi, dedi ki, “siz niyə dövlətə qarşı bu təxribatı edirsiniz?”.
Dedim birincisi sən kimsən ki, dövlət adından danışırsan? Sən bir məmursan, “dövlət” sözü ilə “hökumət” sözünü qarışdırırsan. İkincisi də ki, siz riyaziyyatı açın baxın, görün biz harda səhv eləmişik…
O dedi ki, “sizə çətin idimi ki, işığın qiymətinin 2 qəpik qalxdığını demək? Niyə faizlə deyirsiniz?”.
V.Mustafayev ANS-in son illərdəki fəaliyyətində müxalifyönlü mövqeyə tribuna vermədiyi və yalnız hakimiyyətyönlü mövqedə olduğu barədə fikirlərlə razılaşmayıb. O, alternativ fikirli insanların da həmişə ANS-in efirinə dəvət olunudğunu qeyd edib:
“Partiya liderlərinin bizim debatlarda iştırakına görə həmişə başımız ağrıyır, böyük problemlər yaranırdı”, – deyə o bildirib.
V.Mustafayev ANS-in keçmiş vitse-prezidenti, hazırda “Real TV”nin rəhbəri olan Mirşahin Ağayevlə bağlı suala bir qədər sərt reaksiya verib.
Bu reaksiya M.Ağayevin 2019-cu ildə ANS ÇM-in tezliyi müsabiqəyə çıxarılan zaman səsləndirdiyi bir ifadə ilə bağlı olub. Müxbirin “Mirşahin Ağayev deyib ki, ANS ÇM radiosunun adındakı “ÇM” hərfləri Çingiz Mustafayev demək deyil, FM-in rusca versiyasıdır” fikri V.Mustafayevi sakit haldan çıxarıb və “siz hər yoldan keçən adama qulaq asmayın” deyib.
Əlavə edib ki, nizamnamədə də 102 FM ANS ÇM radiostansiyası Çingiz Mustafayevin adını daşıyır: “Mən çox adamlarla uzun yol keçib gəlmişəm, indi də keçirəm. Mirşahin Ağayev mənim əməkdaşım olub və mənin rəhbərliyim altında çox gözəl işləyib. İndi mənim rəhbərliyim altında işləməyən insanlara görə məsuliyyət daşıya bimərəm”.
ANS rəhbəri bildirib ki, telekanalın arxivi hazırda da Zoologiya İnstitutunun binasında yerləşir. O, arxivin zədələndiyi barədə xəbərləri təkzib edib: “Arxivin sıradan çıxmaması üçün lazımi avadanlıq işləyir, biz onun pulunu hər ay ödəyirik… Amma özümüzün arxivə çıxışımız yoxdur, çünki məhkəmə arxivi möhürləyib”./Modern.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib