Ağatahir Əzimov yeni vəzifəyə təyin olunub

img

01-11-2023 [15:18]


19 yaşadək (U-19) futzalçılardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Ağatahir Əzimov yeni vəzifəyə təyin olunub.

Mia.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bundan sonra seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək.

Son 4 ildə U-19-a rəhbərlik etmiş A.Əzimov gənc və perspektivli futzalçıların U-19-a və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək.

Qeyd edək ki, U-19 millimiz Ağatahir Əzimovun rəhbərliyi altında 3 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA