Bu QHT rəhbərləri Energetika Nazirliyi yanında İctimai şuraya üzv seçildi

img

01-11-2023 [10:15]


Energetika Nazirliyi yanında İctimai şuraya seçkilər keçirilib.

Mia.az xəbər verir ki, Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 8 namizəddən 3-ü seçicilərin yarıdan çoxunun səsini toplayaraq İctimai şuraya üzv seçilib.

İctimai şuranın üzvləri haqqında məlumat aşağıda təqdim edilir:

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Əliyev Ramil Arif oğlu, “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyinin sədri Əzəmmədov Seymur Firidun oğlu və “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Mehdiyev Rəşad Azad oğlu seçiliblər.

İctimai şuraya üzv seçilmək üçün üç nəfərin yetərli səs topladığını, İctimai şuranın üzvlərinin say həddinin isə 7 nəfər olduğunu nəzərə alaraq, qanunvericiliyə əsasən boş qalan yerlərə təkrar seçkilərin keçirilməsi nəzərdə tutulub. Təkrar seçkilərin keçirilməsi tarixi ilə bağlı əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA