İmişli sakini qanunsuz silahı polisə təhvil verib

img

31-10-2023 [14:24]


İmişli sakinindən qanunsuz silah müsadirə edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a bildirilib ki, İmişli Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayonun Bəcirəvan kənd sakini Q.İsmayılov qanunsuz olaraq saxladığı bir ədəd TOZ-18" markalı yivli silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktla bağlı araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA