Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-10-2023 [00:17]
Qoç - günün ilk yarısında işgüzar aktivlik səviyyəsinin aşağı düşməsinə imkan verməyin. Başladığınız işləri bitirin. Nəticələr kiçik olsa da, gözədəyəndir. İşdə rəhbərliklə münaqişə yaratmayın. Karyeranıza təsir edə biləcək insanlarda özünüzə qarşı kəskin antipatiya yaratmayın.
Günün ikinci yarısında maraqlı tanışlıqlar, romantik görüş istisna deyil. Hərdəmxəyal, emosional olmayın. Axşam saatlarına yaxın ciddi münasibətlər formalaşa bilər. Yeni tanışlarınızdan biri yaşamınızda önəmli rol oynaya bilər.
Buğa - hər şey yaxşıdır. Günün ilk yarısında problemlər yarana bilər. Çətinliklərin öhdəsindən qətiyyətlə gəlin, təşvişə düşməyin. Yaşananlar əhvalınıza həddən ziyadə pis təsir etməsin. Həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Əməkdaşlıq şərtlərini, tərəfdaşlıq variantlarını günün ikinci yarısında müzakirə etmək olar.
Şəxsi münasibətləri nizama salın. Sevdiyiniz insana hədiyyə verin. Ümumi işlə məşğul olduğunuz insanı anlamağa çalışın. Yeni tanışlıqlar istisan deyil. Yeni münasibətlərin formalaşması üçün təşəbbüskar olun.
Əkizlər - asan olmayan, amma çox maraqlı gündür. Dəf etmək məcburiyyətində qaldığınız sədlər yanlış insanlara inamınız, dəyərsiz insanlara etibarınızın nəticəsidir. Uzaq durmağınız gərəkən insanlara sirlərinizi verdiyiniz üçün indi problemlərlə qarşılaşıbsınız.
Günün ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Ruhdan düşməyin. Axşam saatlarında dostların yanında olun. Pozitiv emosiyalar alacaqsınız. Alış-verişə çıxa bilərsiniz.
Xərçəng - əlverişli zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün müsbət təmayüllərin təsirindən effektiv istifadə edin. Yaxınlarınız sizə yardım edəcəklər. Dəstək gözləmədiyiniz insanlar bu gün yanınızda olacaqlar. Səfər və ya səyahətlərlə bağlı istənilən məsələlərin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında nəzərdə tutulan işlərin bəziləri alınmaya bilər. Mənfi təmayüllərin təsiri əhəmiyyətli şəkildə hiss olunacaq. Narahat olmayın, ağır situasiya çox çəkməyəcək. Məşəqqətli dövr bitəcək, sonra işlər düzələcək.
Şir - gün gözləntilərinizi doğrultmayacaq. Var qüvvənizlə çalışsanız belə, qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Sədləri və maneələri dəf edin. Nəzərdə tutduğunuz işlərin bir qismini başa vura biləcəksiniz. Yaxın ətrafınızdakı insanlarla həssas davranın.
Günün ikinci yarısında sərt və aqressiv danışmayın. Asanlıqda düşmən qazanmayın. Bədxahlar və ya düşmənlər sizə mane olmaq üçün əllərindən gələni edəcəklər.
Yaxınlarınızla təmaslarda səbrli olsanız, münaqişələr yaranmayacaq. Ailə problemlərinin həlli ciddi xərclər tələb edəcək. Bədxərclik etməyin. Axşam saatlarında diqqətli olun.
Qız - ziddiyyətli və gərgin gündür. İşdə münaqişələr ciddiləşəcək. Situasiya çətinləşir. Peşəkar fəaliyyətiniz ən müxtəlif insanlarla ünsiyyət tələb edir. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Güzəştə meylli olmasanız, çətinlikləri həll etmək mümkün olmayacaq.
Günün ikinci yarısı müstəqil fəlaiyyət üçün yaxşıdır. Problemlərin həllinə yaradıcı yanaşın. İşgüzar intuisiyanız iti olmalıdır ki, sərfəli anlaşma və ya sövdələşmə baş tutsun. Axşam saatları romantik görüş vəd edir.
Tərəzi - günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Gün uğurlu olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün kimsə sizə mane olmamalıdır. Sürətlə irəliləmək üçün cəhdlərinizi əsirgəməyin. İşdə əhəmiyyətli nəticələr olacaq. Peşəkar fəaliyyət müstəvisində mövqelərinizi möhkəmləndirin. Nüfuzlu adamlar arasında müttəfiqlər tapın. Bir sözlə, yeni zirvələri fəth etmək üçün hazır olun.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Qüvvə və potensialınıza inanın. Şəxsi münasibətləri normallaşdırın. Təşəbbüskar olun, sakit davranmayın. Axşam saatlarında normal istirahət edin.
Əqrəb - gərgin gündür. Ünsiyyətdə ciddi problemlər yaranacaq. Münaqişələr sıralanır. Emosiyalarınıza nəzarət edin. Təxribatlara uymayın. Təmkinli davranaraq məkrli tələyə düşməyin. Problemin həlli qapını çırparaq getmək deyil.
Nüfuzlu insanla münaqişə etməyin. Dumanlı, naməlum səbəblərə görə sərfəli anlaşma və sövdələşmələrdən boyun qaçırmayın.
Günün ikinci yarısında qəfil səfərə yollanmaq məsləhət deyil. Planlaşdırılmamış işlər görməyin. Belədə problemlərin sayı artacaq. Romantik görüş pərişanlıq yarada bilər. Hadisələrin pis məcrada inkişafına mane olun. Situasiyanı normallaşdırmaq üçün səylərinizi əsirgəməyin.
Oxatan - işlərinizdə əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Son vaxtlar həlli yollarını arayıb baş sındırdığınız peşəkar məsələni həll edə bilərsiniz. Həmkarlarınıza yardım edin. Alış-veriş, biznesə investisiyalar, önəmli insanlarla görüş üçün yaxşı zamandır. Günün ikinci yarısında yaxşı təcrübəyə yiyələnə bilərsiniz.
Şəxsi münasibətlərinizdə harmoniyaya nail olun. Yaxınlarınızın yanınızda özünüzü rahat hiss edəcəksiniz. Sevdiyiniz insanı anlamağa çalışın. Hisslərinizi etiraf etmək üçün münasib zamandır.
Oğlaq - asan gün deyil. Çətinliklər və problemlər var. Lakin ümidinizi itirməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq mümkündür. Əzm və iradəli şəkildə çalışın, qətiyyətli olun. Çoxsaylı planlar qurmayın. Diqqəti, sadəcə, bir işə yönəldin. Yalnız belədə uğur şanslarınızı artıra bilərsiniz.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla planlarınızı müzakirə etməyin, sirlərinizi paylaşmayın.
Yaxınlarınızla fikir ayrılığı, sevdiyiniz insanla münaqişə istisna deyil. Düzgün mövqe tutduğunuzu düşünürsünüz. Nəinki güzəştə getmək istəmir - hətta qarşı tərəfi dinləmək istəmirsiniz. Belə olmaz. Güzəştlərə meylli olsanız, münasibətləri yaxşılaşdıra bilərsiniz.
Dolça - günün ilk yarısı yetərincə uğurlu olacaq. Ən cəsarətli planları reallaşdırmaq olar. İşgüzar danışıqlar pis keçməyəcək. Potensial iş yeri sahibləri və sifarişçilərlə ünsiyyətdə diqqətli davranın. Təklifləri təhlil edin.
Qarşılaşdığınız insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Yorulacaqsınız, əhvalınız pisləşəcək. Səhhətinizi qoruyun, orqanizminizin qayğısına qalın.
Balıqlar - günün ilk yarısında diqqətli olun. Çoxları sizinlə manipulyasiya etməyə çalışırlar. Başqalarının maraqlarına xidmət etməyin. Belələrinin planlarının qarşısını almaq çətin olduğundan diplomatik davranın. Amma ifrata varmayın. Kompromislərə meylli hərəkətlərinizi zəiflik kimi qəbul edə bilərlər.
Günün ikinci yarısında bədxahlarla rəqiblərə sinə gərin. Onları sakitləşdirəndən sonra situasiya yaxşılaşmağa başlayacaq.
Saatlar keçdikcə vəziyyət sakitləşməyə başlayacaq. Axşam saatları dostlarla görüş, sizi narahat edən problemlərin müzakirəsi üçün əlverişlidir.
Milli.Az
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək