Azərbaycan XİN: "Dualarımız qardaş xalq və Qazaxıstan hökuməti ilə birlikdədir"

img

28-10-2023 [14:13]


Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstan hökumətinə Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin paylaşımında deylilir:

“Qazaxıstanda mədən sahəsində baş vermiş yanğının faciəvi nəticələri bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız kədərli ailələr, qardaş xalq və Qazaxıstan hökuməti ilə birlikdədir. Azərbaycan dəhşətli faciədən sonra Qazaxıstanın yanındadır”.

Xatırladaq ki, Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 32 nəfər ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA