TƏBİB-dən zəhərlənən şagirdlərlə bağlı - Açıqlama (Yenilənib)

img

27-10-2023 [12:32]


Bakıda dönərdən zəhərlənən şagirdlər evə buraxılıb.

Mai.az TƏBİB-ə istinadla xəbər verir ki, oktyabrın 24-25-də dönərdən zəhərlənmə səbəbilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 20 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Oktyabrın 27-də müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.

***

Bakıda dönərdən zəhərlənən 4 şagirdin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda onların vəziyyəti stabildir.

Qeyd edək ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərlənib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA