Azərbaycanda unikal hadisə: verilişi qapadılan aparıcı TV-nin həyətindəki işıqları sökdü - Açıqlama
23-10-2023 [10:39]
""Space” kanalının rəhbəri Vado Korovin məni qəbul edəndə dedi ki, Aytən xanım verilişi bağlayıram, mənə maqazin verilişi lazım deyil! Bəs nə oldu? Verilişi bağlayırdınız?! Yeni mövsümdən verilişin adını dəyişib Raksana İmirə həvalə etdiniz! “Space maqazin” adını “Space star”-a dəyişdilər! Həm də deyirdilər ki, veriliş reytinq vermir! Uşağım kimi böyüdüb, hamıya sevdirdiyim verilişimi əlimdən aldınız. Bağlansaydı deyərdim ki, normal haldır. Hazıra-nazir gəldiniz! Ədalətli Allah bunu belə qoyacaq? Əlbəttə ki, yox. Sadəcə zamanı var. Heç birinizə haqqımı halal etmirəm”.
Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aparıcı Aytən Leylaqızı deyib.
O, daha iddia edib ki, "Space maqazin” verilişinə başlayanda, veriliş bərbad gündə olub: "Çəkiliş, məkan, aparıcı geyimləri bərbad vəziyyətdə idi. Zövqsüz, baxımsız bir haldaydı! Mən məkanı da, geyimləri də özüm tapdım. Redaktorum belə yox idi. Layihə rəhbərliyini edirdim, stendaplarımı özüm yazıb deyirdim, verilişin montajında belə otururdum. Bütün bunları səhmana salandan sonra veriliş gözəl reytinq verdi. Sonuncu efirə gedən verilişimə 5 reytinq gəlmişdi. Verilişdə bütün ulduzlarımızın müsahibələrini yayımlayırdıq. Xalq artisti Aygün Kazımova bəlkə də “Space” tv-yə sonuncu dəfə nə vaxt müsahibə verdiyini yadından çıxarmışdı. O tez-tez sevənləri ilə efirdən bizim verilişimiz vasitəsilə görüşürdü. Müxbirim Elman da güclü idi”.
Aytən Leylaqızı “Space”-in həyətinə çəkdiyi xərcdən də danışıb: “Hamı bilir ki, “Space” tv-nin həyətini işıqlandırıb, güllər əkdirmişdim. İşdən çıxanda işıqları özümlə apardım. İndi də söz-söhbət gəzir ki, yaxşı hərəkət etməyib apardı! Ayıb deyil? Nə etməli idim?! Bəlkə öz büdcənizlə almışdınız, bilməmişəm?! “Space”-in həyətində bir işıq yox idi, oranı mən işıqlandırmışdım. Həyətə 6 min manatdan çox vəsait qoydurmuşdum”.
Aytən Leylaqızı bildirib ki, hal-hazırda işsizdir.
“Hazırda heç yerdə işləmirəm. Mənə də təsir edən odur ki, heç nədən niyə məni işimdən edirsən?! İndi mən işsiz qalmışam. Yalnız tədbirlərdə və toylarda aparıcılıq edirəm” deyə Aytən Leylaqızı bildirib.
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib