Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-10-2023 [00:03]
Qoç - günün ilk yarısında sakit davranmaq çətindir. Soyuqqanlı davranmağınız şərtdir. İşlər istədiyiniz kimi getmədiyindən çox əlverişsiz, ağır şəraitə uyğunlaşmalı olacaqsınız. Amma situasiyanı dəyişə biləcəyinizə əminliyiniz itməsin.
Günün ikinci yarısında əlverişli məqam olacaq. Axşam saatlarında alış-verişə yollanmaq olar. Romantik təmaslar üçün münasib zamandır. Axşam saatlarını yaxınlarınızla keçirin.
Buğa - işgüzar danışıqlar üçün əlverişli zamandır. Potensial sifarişçilər, müştərilərlə danışıqlar aparın. Bilik və bacarıqlarınızı, imkan və potensialınızı nümayiş etdirin. Səfərə yollanmaq olar. Yeni marşrutları sınaqdan keçirin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə harmoniya yaradın. Yeni tanışlıqlar üçün əlverişli zaman deyil. Axşam saatlarını evdən kənarda keçirin. Sevdiyiniz insanla birlikdə istirahət etmək olar.
Əkizlər - günün ilk yarısında mühüm işlərlə məşğul ola bilərsiniz. Diqqətli olun, səhvlərə yol verməyin. İşgüzar aktivlik səviyyənizi aşağı salmayın. Tərəfdaşlıqla bağlı təklifin müzakirəsinə başlamazdan əvvəl detallara bir daha nəzər salın.
Günün ikinci yarısında yaxınlarınızla ixtilaf istisna deyil. Münaqişənin səbəbi əvvəlki dönəmlərdədir və indi aradan qaldırıla bilməz. Dəyər verdiyiniz insanların zəif cəhətlərinə aqressiv reaksiya verməyin.
Xərçəng - hər şey alınacaq. Əsas odur ki, sizi yoldan sapdırmağa və irəliləyişinizə mane olmağa çalışan insanlara qulaq asmayasınız. Yeni layihələrə başlamaq olar. Sınanmış dostlar və ya müttəfiqlərim birgə fəaliyyətə cəlb etmək mümkündür. Günün ikinci yarısında həmfikirlərlə ümumi işi müzakirə edin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.
Şəxsi münasibətlər üçün düşərli zamandır. Həddən artıq romantizmə dalmayın. Rasional davranış fikir ayrılıqları və mübahisələrin qarşısını ala bilər. Əhvalınızı kiçik məsələlər görə korlamayın.
Şir - günün ilk yarısı əlverişlidir. İşdə rəhbərlik və həmkarlarla münasibətləri korlamayın. Fəaliyyətinizlə bağlı önəmli məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanların yaşamlarından şikayətlərinə qatılmayın. Günün ikinci yarısında uğur şansınız az deyil.
Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Əhvalınız pisləşə bilər. Narahat olmayın. Yaşananlar əhvalınıza pis təsir etməyəcək. Nikbin olun, yaxınlarınızla səmimi davranın. Özünüzü çox yormayın.
Qız - asan olmayan, qarışıq gündür. Ruhdan düşməyin. Nigaranlıq və narahatlıq yaradan problemin həll imkanları yaranıb. Mühüm suallara cavab ala bilərsiniz. İşdəki münaqişəni çözmək üçün konkret addımlar atın.
Günün ikinci yarısı normal peşəkar fəaliyyətə mane olan mənasız rəqabətə son qoyun.
Təxəyyülü işə salın, yaşamınızda yenilik edin. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Birmənalı olmayan situasiyada səhih davranış modeli seçin. Dəyişikliklərdə fayda var.
Tərəzi - hadisələrin sakit müşahidəçisinə çevrilməyin. Aktiv olun, enerjili hərəkət edin. İşgüzar danışıqlar pis keçməyəcək. Yeni tərəfdaşlarla əməkdaşlıq şərtlərini yerli-yataqlı, tələsmədən müzakirə edin. Çoxdan bəri həllini gözləyən maliyyə problemini çözə bilərsiniz. Köhnə borcun qaytarılması istisna deyil.
Günün ikinci yarısında dəyər verdiyiniz insanların birindən xoş xəbər alacaqsınız. Vaxtında nümayiş edilən təşəbbüs şəxsi həyatınızda dəyişikliklərə səbəb ola bilər. Səhhətinizdə problemlər yaranmayacaq. Yorğunluq hiss etməyəcəksiniz. Yaxşı formadasınız.
Əqrəb - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bundan istifadə edin. Tələsin, çünki situasiya dəyişir, vəziyyət ağırlaşır.
Günün ikinci yarısında həmkarlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Kompromis variant tapmaq asan olmayacaq.
Axşam saatları ailə üzvləri ilə pul məsələsinə görə mübahisə vəd edir. Səbrli, təmkinli olun. İmiclə eksperimentlər etməyin. Nəticələr şübhəlidir. Yaxınlarınızı rəncidə etməyin.
Oxatan - rəvan zamandır. Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. İdeyaları, hətta ən cəsarətli planları reallaşdırmaq olar. Fəaliyyət planını hazırlayın, irəliləyiş istiqamətini konkretləşdirin. İmprovizələr uğurlu olacaq. Problemin parlaq həll variantını tapacaqsınız.
Günün ikinci yarısında yaxınlarınızla dil tapın. Onların sizinlə bağlı gözləntilərini doğruldun, ümidlərini aldatmayın. İnanın, bu, heç çətin iş deyil. Sevdiyiniz insanla təmaslarınızdakı anlaşılmazlıqlara, münasibətlərinizi sərinlədən məqamlara son qoymaq olar.
Oğlaq - günün ilk yarısında maliyyə çətinlikləri istisna deyil. Pullarınızı biznesə yatırmayın. Kommersiya fəaliyyəti üçün əlverişli zaman deyil. Müstəqil fəaliyyət göstərin. Detallara fikir verin, səliqəli olun. İşdə rəhbərliklə dil tapın.
Günün ikinci yarısında mühüm məsələləri təhlil etmək olar. Konstruktiv dialoqa üstünlük verin. Şəxsi münasibətlər baxımından neytral zamandır. Yaxınlarınızla ciddi fikir ayrılıqları olmayacaq. Əvvəlcədən planlaşdırılmış qısa səfərlərə yollanmaq mümkündür.
Dolça - günün ilk yarısında cəsur ideyaların reallaşdırılması üçün əlverişli şərait olacaq. İşlərdə uğur istisna deyil. Qəfil və maraqlı təklif alacaqsınız. Məhsuldar əməkdaşlıq başlana bilər. Müttəfiqlərinizi çox aramayın. ilk dəfə gördüyünüz insanların qiymətləndirilməsində səhvlərə yol verməyin.
Günün ikinci yarısında alınan məlumatlara ciddi yanaşın. Bu informasiyalardan bəziləri az sonra karınıza çata bilər. Son həftələr sizi narahat edən situasiya aydınlaşacaq. Yaxın perspektiv üçün hərəkət planını hazırlayın.
Balıqlar - yaradıcı yanaşma, təxəyyül, qeyri-standart həllər tələb edən işlər üçün günün ilk yarısı əlverişlidir. Rutin işlər sizi yoracaq. Ənənəvi çərçivələri dağıdın, azad və sərbəst davranın.
Günün ikinci yarısında işgüzar danışıqlara başlayın. Peşəkar fəaliyyət və maliyyə məsələləri ilə bağlı aktual məsələləri müzakirə edin. Konstruktiv dialoq üçün yaxşı zamandır.
Əks cins mənsubları ilə münasibətlərinizə fikir verin. İndiyədək dəfələrlə problemlər yaratmış səhvləri təkrarlamayın. Davranışınızda dəyişikliklər edin.
Milli.Az
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib