"Bild" qəzeti məşhur futbolçuya "terrorçu" damğası vurdu, klub ittihamı rədd etdi: "O, bizim oyunçumuzdur"

img

20-10-2023 [15:03]


"Bavariya" klubu  Fələstinə dəstək verdiyi üçün "Bild" qəzetinin "terrorçu" deyə hədəf aldığı mərakeş əsilli hollandiyalı futbolçu Noussair Mazraouiyə sahib çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klubun baş direktoru Yan-Kristian Dresen açıqlama verib.

O, klubun saytına verdiyi açıqlamada 25 yaşlı futbolçu ilə sosial şəbəkədəki paylaşımı ilə bağlı ətraflı söhbət aparıldığını bildirib: "Noussair Mazraoui sülhsevər kimi bizə inandırıcı şəkildə fikrini izah elədi. O, terroru və müharibəni qəti şəkildə rədd edir. Təəssüf edirik ki, onun paylaşımı belə  narahatlığa səbəb olub".

Klub rəhbəri qeyd edib ki, futbolçu "Bavariya" formasını geyinməyə davam edəcək: "Bildiyiniz kimi, o, Mərakeş Milli Komandasında zədələnib. Buna görə qarşıdakı oyunlarda heyətdə olmayacaq. Sağalan kmi isə heyətə dönəcək".

Xatırladaq ki, "Bild" futbolçunun Fələstinə dəstək paylaşımından sonra onu terorrçuluqda ittiham edib və "Meydanda terroru müdafiə edənlərmi var?" başlıqlı yazı verib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR