Buşa ayaqqabı atan jurnalist: "Baydenə eyni şeyi edənə hədiyyə verəcəm"

img

19-10-2023 [12:48]


Vaxtilə Bağdadda ABŞ-ın keçmiş prezidenti Corc Buşa ayaqqabı atması ilə tanınan iraqlı jurnalist Muntazar al-Zaidi həmkarlarına çağırış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, X sosial media platformasında paylaşım edib.

Jurnalist ABŞ prezidenti Co Baydenin “İsrailə tək bir mesajla gəldim: Sən tək deyilsən" sözlərini vaxtilə Buşa ayaqqab atarkən çəkilən fotosu ilə birgə səhifəsində paylaşaraq, yazıb: "Ayaqqabılı adam haradadır? Ona hər zamankindən daha çox ehtiyacımız var".

Zaidi daha sonra bir izləyicisinin sualına cavab olaraq deyib: "Baydenə ayaqqabı atan jurnalistə qiymətli hədiyyə verəcəm".

Məlumata görə, İraqın cənubundakı Nəsiriyyə şəhərində anadan olan Zeydi 2008-ci ildə Buşa Bağdadda keçirdiyi mətbuat konfransında İraqda yaşananlara etiraz olaraq ayyaqqabısını fırlatmışdı.

Jurnalist daha sonra başına gələnləri belə məql etmişdi: "Buşa ayaqqabı atdıqdan sonra müxtəlif işgəncələrə məruz qaldığım həbsxanadan çıxdıqdan sonra İsveçrəyə getməli oldum. 3 ay orada qaldım və o zamanlar üçün ABŞ işğalının qurbanları üçün qeyri-hökumət təşkilatı qurdum...".

Daha sonra İraqa qayıtdığını deyən Zeydi 2011-ci ilin fevralında qatıldığı hökumət əleyhinə nümayişlərdən sonra "həyatın təhlükə" olduğunu bəyan edərək, Livana köçüb.

Zeydi 2018-ci il seçkilərindən əvvəl ölkəsinə qayıdıb və deputatlığa namizəd olub, lakin seçilə bilməyib. 

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR