"Beşiktaş"ın fransız oyunçusu azarkeşləri təbdən çıxardı - Bu fotoya görə

img

19-10-2023 [12:07]


Konfrans Liqasında "Luqano"ya 3-2 məğlubiyyətdən sonra sosial media hesablarındakı paylaşımları silən "Başiktaş"ın fransız futbolçusu Valentin Rozier komandanın azarkeşlərini qəzəbləndirəcək addım atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rozierin üzərində 8 və 0 rəqəmləri yazılmış gödəkçə ilə yeni fotosunu sosial media hesabında yayıb.

Bu cür gödəkçədə poza verən fransız futbolçunun “Beşiktaş” azarkeşlərinə “Liverpul”a vaxtilə 8:0 hesablı məğlubiyyəti xatırlatması isə təəccüb və hiddət yaadıb.

Məlumata görə, qısa zamanda azarkşelər onun paylaşımına "hücum" çəkərək, "sil bunu" deyə tələb ediblər. Lakin aran təzyiqlərə baxmayaraq, o, hələki fotonu silməyib.

Xatırladaq ki, "Beşiktaş" 6 noyabr 2007-ci ildə oynanılan matçda Krouç (2), Benayoun (3), Babel (2) və Cerrardın qolları ilə "Liverpul"a 8-0 məğlub olub.

Fərid Aslan

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR