Netanyahu İranı kəskin formada hədələdi: "İradəmizi sınamayın, bədəli çox ağır olar"
17-10-2023 [00:05]
İsraillə HƏMAS arasında savaşın 11-ci gün İsrailin Baş naziri və prezidentindən İranın "Qəzzaya quru əməliyyatına səssiz qalmayacağıq. Qurudan hücum olarsa, Qəzza işğalçıların məzarına çevriləcək", - təhdidinə çox kəskin cavab veriblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ölkə parlamentinin plenar iclasının ilk iclasına qatılaraq orada hazırkı vəziyyətlə bağlı deputatlara hesabat verib.
Parlamentin payız dövrünün açılış mərasimində çıxış edən Benyamin Netanyahu müharibəni qələbəsiz bitirməyəcəklərini açıq şəkildə bəyan edib: "Bizim məqsədimiz bəllidir. HƏMAS-ı yox edəcəyik. Onları məhv etməyənə qədər dayanmayacağıq. Onlara bizə hücumun nə olduğunu başa salacağıq".
Baş nazir daha sonra rəsmi Tehranın İsraili hədələməsinə toxunub. O bildirib ki, İranın təhdidləri onları qorxutmur: "İran və onun dəstəklədiyi Livandakı "Hizbullah"çılar bilməlidir ki, İsrailin qətiyyəti sınanmazdır. İran və "Hizbullah"a xəbərdarlıq edirəm: iradəmizi sınamayın. Əks halda, bədələi sizin üçün çox ağır olacaq".
Hazırda meydanda olan vəziyyət barədə danışan Netanyahunun sözlərinə görə, oktyabrın 7-də baş verən qəfil hücumdan dərs çıxaracaqları çox şeylər var: "Açıq deyək ki, cavab verilməsi lazım olan bir çox sual var, dərsləri çıxarmağa başlamışıq".
Parlamentin ilk iclasında çıxış edən İsrail prezidenti İsaak Hersoq da ölkəni birliyə səsləyib: "İndi bəziləri İsrail daxilindəki qütbləşməyə diqqət çəkərək, bizi parçalaya biləcəklərinə həvəsli yanaşır. Onlara belə sevinc bəxş etməməlyik. Biz bu müharibəyə girdiyimiz kimi, çıxmamalıyıq. Mütləq qələbə qazanmalı, HƏMAS-ı yox etməliyik. Bunun üçün ölkə daxilində də sarsılmaz birliyə ehtiyacımız var...".
Ana müxalifət lideri, keçmiş baş nazir Yair Lapid də iclasda kəskin çıxış edib: "HƏMAS-ı məhv edəcəyik. Qəzzada olan israilli girovları azad edib, geri gətirəcəyik. Bu, bir az uzun çəkə bilər və böyük güc tələb edəcək. Ancaq biz onlara dərsini verəcəyik. Bu, dünyanın xoşuna gəlmirsə, gəlməsin. Bizim uşaqlarımız öldü, onların deyil".
Xatırladaq ki, İsrail 90 nüvə başlığına sahibdir.
Lamiyə Əhmədli
MİA.AZ
AAYDA-da kuryoz təyinat - Yeni sədr ƏƏSMN-də şöbə müdiri olan qaynını özünə müşavir götürdü
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi