"Heç kimin etmədiyi və edə bilməyəcəyi tarixi Qələbəniz..." - Əli İnsanov İlham Əliyevə müraciət etdi
16-10-2023 [10:20]
Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Öz müraciətində Ə. İnsanov prezidenti Haqq Ədalət Partiyasının üzvləri adından Vətən müharibəsində möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edib və alqışlayıb:
“Bu gün bütün dünya mətbuatı bu Qələbədən yazır, dünyaca məşhur hərbi ekspertlər isə Şuşa şəhərinin işğaldan azad olunmasını hərb tarixində nadir nümunə kimi göstərirlər, bunun hərbi dərsliklərə düşəcəyindən danışırlar.
Sizin yüksək idarəçilik bacarığınız və müdrikliyiniz ilə qurub-yaratdığınız Azərbaycan Ordusu 200 il davam edən Ermənistan-Azərbaycan münaqişəsini doğma Qarabağda Vətən müharibəsində böyük Qələbə ilə başa çatdırdı.
Siz Azərbaycan xalqının tarixi qalib sərkərdələrindən fərqli olaraq, təkcə hərbi zəfər qazanmadınız, Siz həm də xalqımızın bu haqq işində Sizinlə ciddi qarşıdurmalarda olan dünyanın nüfuzlu siyasi liderlərinin üzərində siyasi-diplomatik qələbə qazandınız.
Siz bu tarixi Qələbənizlə Müzəffər Sərkərdə – Ali Baş Komandan titulunu özünüzə haqq etmiş oldunuz. Eyni zamanda, xalqımızın başını uca etdiniz, milli qürurunu özünə qaytardınız, xalqımıza böyük sevinc bəxş etmiş oldunuz. Bütün dost və qardaş xalqlar da bu sevinci bölüşdülər və Sizi ürəkdən alqışladılar.
Siz Ulu Öndərimiz Heydər Əliyevin arzu və istəklərini həyata keçirə bildiniz, ruhunu şad etdiniz, onun layiqli davamçısı olmağı bacardınız.
Möhtərəm cənab Prezident, Haqq Ədalət Partiyasının Sizin yürütdüyünüz siyasəti birmənalı şəkildə dəstəkləyən bütün üzvləri ilə birlikdə təklif edirik ki, bu tarixi Qələbə münasibətilə doğma Qarabağın mərkəzi Xankəndi şəhərində Hərbi – Zəfər paradı keçirilsin və bu tədbirdə Siz şəxsən Azərbaycanın üçrəngli Bayrağını Xankəndi şəhərində ucaldasınız.
Biz Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Sizin xalqımız qarşısında bu tarixi missiyanızı böyük uğurla başa çatdırmağınızın layiqincə dəyərləndirilməsini gözləyirik.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizin son 20 ildə Azərbaycan və Azərbaycan xalqı üçün etdiklərinizdən artığını ancaq xəyallarda arzulamaq olar. Sizin bu gün dünyanın ən nüfuzlu siyasi liderlərinin sırasında olmağınızdan bütün Azərbaycan xalqı kimi, biz də böyük qürur hissi keçiririk.
Heç kimin etmədiyi və edə bilməyəcəyi tarixi Qələbəniz, böyük uğurlarınız münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, xalqımızın rifahı və xoşbəxt gələcəyi uğrunda görəcəyiniz bütün işlərdə Sizə möhtəşəm uğurlar, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram”.
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir