Millinin qapıçısı: ""Qalatasaray"a və ya Avropaya transfer oluna bilərəm"

img

24-07-2023 [09:57]


"Trabzonspor”un kapitanı və eyni zamanda türk millisinin qapıçısı Uğurcan Çakır komandadakı gələcəyi və transfer gündəmi ilə bağlı xeyli çıxış edib. 

Mia.az Türkiyə mətbuatıına istinadla xəbər verir ki, adı "Qalatasaray"la da hallanan Çakır "Qalatasaray"a və ya Avropaya transfer oluna biləcəyini istisna etməyib. 

Türkiyə mətbuatına açıqlama verən qapıçısı deyib ki, Avropadan təklif aldığı vaxtlar olub: "Amma rəhbərliyə bu barədə heç nə deməmişəm. Mən əsasən klubumun maraqlarını düşünürəm. "Trabzonsporlu"yam, bura mənim evimdir. Burada olmaqdan çox xoşbəxtəm. "Qalatasaray", Avropa... Əlbəttə, hər şey ola bilər. Ancaq "Trabzonspor"dan təklif gələrsə, vəziyyət dəyişə bilər".

Xatırladaq ki, "Trabzonspor"da cəmi 212 matça çıxan Uğurcan 256 qol buraxıb, 59 matçda isə qapısını toxunulmaz saxlayıb.

Fərid 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq