Abşeron və Binəqədinin bir hissəsi niyə Sumqayıta verilir? – Komitə sədrindən izahat
09-10-2023 [15:00]
Abşeron və Binəqədi rayonlarının torpaq sahələrinin müəyyən bir hissəsinin ayrılıb Sumqayt şəhərinə verilməsinin səbəbləri məlum olub.
Mia.az-ın məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Trend-ə açıqlamasında bildirib ki, bu ərazilərin Sumqayıta verilməsi reallıqdan irəli gəlir.
“Sumqayıtın daha da genişlənməsi, əhali sayının artması, burada bir sıra dövlət proqramlarının, layihələrinin həyata keçirilməsi bunu zərurətə çevirirdi. Bu gün Sumqayıt Azərbaycanın ən inkişaf edən şəhərlərindən biridir, burada bir çox beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilir, layihələr icra olunur, müəyyən iri müəssisələr, şirkətlər fəaliyyətə başlayıb.
Belə olan halda Sumqayıtın ərazisinin genişlənməsinə, əlavə torpaqların verilməsinə ehtiyac var idi”, - deyə komitə sədri bildirib.
O əlavə edib ki, həmin ərazilərdə yaşayan sakinlər yenidən qeydiyyata alınmalıdır və onların sənədlərində düzəliş edilməlidir.
“Sözsüz ki, bunun üçün əvvəldən tədbirlər planlaşdırılıb və müvafiq orqanlara tapşırıqlar verilib”, - deyə T.Rzayev qeyd edib.
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin oktyabrın 3-də keçirilən iclasında “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi deputatların müzakirəsinə təqdim edilib.
Dəyişikliyə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsi ərazisindən 1213 hektar torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Digər dəyişikliyə əsasən, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Paşinyanın Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ