Masallıda yanan bazarın çeçen sahibləri, 350 min avro kredit, tez-tez dəyişən "bazarkom"lar və... - Nə baş verib?
08-10-2023 [18:05]
Masallıda yanan bazar və bir də yanğının bazarkomun öz otağından başlaması təsadüfdürmü?
Yanğının bazarkomun otağından başlaması təsadüfdürmü?
Necə oldu ki, çeçenlər bu bazarın sahibinə çevrildi?
Bu bazarın tikintisi üçün bankdan götürülmüş 350 evro sonralar niyə bir çoxunun baş bəlasına səbəb oldu?
Niyə bəziləri bu bazarı qarğınmış, halallıqla qurulmayan bazar sayır?
Doğrudanmı bəzi şəxslər bu yanğın nəticəsində 100 min manatlarla ziyana düşüb və bu yanğından ziyan çəkən yüzlərlə şəxsin ziyanın kim ödəyəcək?
Masallının bazar tarixindən
Cenub.az bildirir ki, karvan yolunun yaxınlığında yerləşən indiki Masallı ərazisində ilk bazar “Qala bazarı” olub. İndiki Ərkivan Qəsəbəsinin şimalında (Bədirli məhəlləsi) yerləşən bu bazar həmin dövr üçün əsas ticarət mərkəzlərindən olub.
Ölkə ərazisində 1930-ci illərdən sonra rayonlaşma başlayanda isə bu bazar əvvəl, indiki Digah ərazisinə, qısa müddətdən sonra isə indi çoxunu Kolxoz Bazar adlandırdığı ərazisinə köçüb.
Masallıda bazar formalaşan illərdə burada Kənd Təsərrüfatı məhsulları üçün Sərgi-Yarmarkalar da inşa edildi, bir qədərdən sonra isə söküldü.
Həmin vaxtlar indiki Masallı şəhərində, Kolxoz Bazarının cənubunda Mal-qara bazarı, eləcə də bütün ölkədə məşhur olan Boradigah bazarı yaranmışdı.
XX əsrin sonlarında, XXI əsrin birinci 10 illiyindən başlayaraq Masallıda bazarların sayı və forması tez-tez -dəyişdi – Təzə bazar, Taxta bazarı, Daş bazarı, Qızıl bazarı, Toyuq-cücə bazarı, qul bazarı... və sairlər yarandı. Nə qədər bazar yaransa da Köhnə bazardakı ticarət gurluğunu, cəlbediciliyini itirmədi.
“Fəzailin bazarı”
On illərlə bu bazara müxtəlif adamlar rəhbərlik edib. Bazarkomlar həmin bazarın ən imkanlı, ən yadda qalan adamları olub. 2000-ci illərin sonunda rayonun tanınmış iş adamlarından olan Fəzail Qəribov Masallı bazarında əsas fiquruna çevrildi. Daha sonralar isə bu bazarla üzbəüz ərazidə 2 mərtəbəli bazar tikməyə başladı. Həmin ərazi boş olmadığı üçün burada parakəndə, əksəriyyəti primitiv dükanlar vardı. Həmin dükan sahiblərinin ciddi etirazlarına, şikayətlərinə baxmayaraq bu dükanlar söküldü. Bəzilərinə təzə tikilən bazarda yer vəd olunsa da, onların çoxu elə vəd olaraq qaldı.
Bu bazarın tikintisi üçün bankdan götürülmüş 350 min evro sonralar niyə bir çoxunun baş bəlasına səbəb oldu?
Yeni bazarın tikintisi çox xərc tələb etdiyində Fəzail Qəribov bir neçə şəriki ilə birlikdə Cəlilabaddakı bankdan nə az, nə çox 350 min evro kredit götürüblər. Sonralar bu bank müflis olub, qarşı tərəf də kredit borcunu ödəyə bilmədiyi üçün digər bankdan kredit götürərək borcunu ödəyib. Şəriklər kredit götürən zaman həmin pulun alınması zamanı isə müxtəlif yerlərdəki mülklərini girov qoyublar. Zaman keçdikcə, kredit borcu artdıqca, bu bazarı idarə etmək çətin olub. Bazarın ilk sahibi Fəzail Qəribov 50-55 yaşlarında bu sarsıntılardan dünyasını dəyişəndən sonra bazarın idarə edilməsi yaxın qohumlarının idarəçiliyinə keçsə, borclardan xilas yolu görünməyib.
Çeçenlər bu bazara necə sahib oldu?
Müxtəlif yerdəyişmələrdən sonra bazar çeçen sahibkarların tabeçiliyinə verilib. Çeçenlər də bu bazarın ziyanını ödəmək üçün ticarət mərkəzini müxtəlif şəxslərə icarəyə veriblər. Son icarəçi isə Ərkivan qəsəbə sakini, həmin binada dərzi işləyən ictimai fəal Afər Cahangirov olub. Afər Cahangirovun bazara rəhbərlik etdiyi dövrdə burada ciddi səliqə-sahman, nizam-intizam yaradılıb. Bir illik müqavilənin müddəti bitdikdə isə əmlakın çeçen sahibləri müqavilənin müddətini artırmaq istəməyib. Tərəflər arasında ciddi narazılıq yaranıb. Yanğında bir neçə gün öncə isə narazılıq məhkəmə müstəvisinə çıxıb. Bazarla bağlı narazılıqlar müxtəlif saytlara, sosial şəbəkə müstəvisinə çıxıb.
Doğrudanmı bəzi şəxslər bu yanğın nəticəsində 100 min manatlarla ziyana düşüb?
Bazarda baş verən güclü yanğın isə müxtəlif və qəribə suallar yaradıb.
Xatırladaq ki, son yüz ildə Masallıda ara-sıra ev, tövlə yanğınlar olsa da, ən yadda qalan yanğınlar EMBOOWOD mebel fabrikində, Rayon Kooperativlər ittifaqının binalarında olub. 8 il öncə isə elə bu bazarın cənub tərəfindəki ticarət mərkəzində də baş vermişdi.
2023-cü il oktyabrın 7-də, saat 14-15 radələrində baş verən yanğın isə Masallının tarixində ən güclü yanğın sayılır. Yanğın nəticəsində bu binada ticarətlə məşğul olan 150-dən artıq kiçik sahibkar, təxminən 500-dən artıq şəxsin dolanışıq yeri olan bu ticarət mərkəzidəki malların dəyəri 3-5 milyon manat dəyərləndirilir.
Elektrik avadanlıqları, kostyum, parça mağazaları daha çox ziyanla üzləşiblər. Əksər satıcılar payız mövsümünün başlanması ilə bağlı çoxlu payız geyimləri gətiribmiş.
Bazarın sahibi Afər Cahangirov bizimlə söhbətdə bildirdi ki, hadisə baş verən zaman ərazidə olmayıb - Masallı “hərbi komissarlıq”da olub. İlkin versiyada bazarın məqsədli şəkildə yandırıldığı güman edilsə də, sonrakı versiyalar elektrik xətlərində baş verən nasazlığın, qısa qapanmanın nəticəsində baş verdiyi vurğulayan Afər Cahangirov deyir ki, yanğın öncə onun dərzi dükanında və ona yaxın obyektlərdə baş verib:
"Belə ki, gün ərzində elektrik verilişinin tez-tez azalması, çoxalması narahatlıq yaradıb. Bir yanğın nəticəsində mənim və digərlərinin otağımdakı kompüterlər alışmağa başlayıb. Daha sonra 2-ci mərtəbədə geclü yanğın başlayıb. Biz yanğından öncə də dəfələrlə müvafiq orqanlara müraciət etmişdik ki, buradakı elektrik xətlərində ciddi nasazlıqlar var".
Bu yanğından ziyan çəkən yüzlərlə şəxsin ziyanını kim ödəyəcək?
Afər Cahangirov deyir ki, burada min manatlarla ziyana düşmüş satıcıların gözünə baxa bilmir: "Onlarla insan kredit götürmüşdü, borca girmişdi, olan-qalanını bu ticarətə yönəlmişdi. İndi yüzlərlə insan nə edəcəyini bilmir. Müvafiq təşkilatlar - polis şöbəsi, fövqəladə Hallar Nazirliyi araşdırma aparır. Dəfələrlə müraciət etsək də, heç bir sığorta şirkəti nə binanı, nə də dükandakı məhsulları sığorta etməyib. Nə edəcəyimizi bilmirik".
Redaksiyadan: Ara-sıra yanmış mallarının arasında dolaşanlar olsa da, zərərçəkənlərin gözlərinə baxmaq olmurdu. Kimi nisyə dəfərini, kimi qiymətli əşyalarını axtarırdı. İllah ki, göz yaşlarını saxlaya bilməyən qadın satıçılar. Hələ ki, ziyan müəyyənləşməyib. Əbəs yerə deməyiblər ki, OD düşən yeri yandırır.
Olay nəticəsində keçmişdən qalan kəm-kəsirlər də üzə çıxıb. Bəzi sakinlərin dediyinə görə, kanalizasiya sisteminin bir ucu bura çıxsa da, yanğının baş verdiyi ilk dəqiqələrdə buradakı ehtiyat su quyuların tapmaq olmayıb.
Onu da xatırladaq ki, satıcıların heç biri zədələnməsə də, yoldan keçən bəzi şəxslər yüngül qaz balonlarının partlaması da yanğının sürətlənməsinə təkan verib.xəsarət alıb və Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Nə etmək olar? Keçmiş olsun.
MİA.AZ
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb