Azercell “Tələbə Təqaüdü Proqramı 2024” üçün qeydiyyatı açıq elan edir
02-10-2023 [14:13]
Lider mobil operatorun “Tələbə Təqaüdü Proqramı”na seçilmiş tələbələri aylıq 300 azn məbləğində təqaüd gözləyir
Azercell müvəffəqiyyətlə təhsil alan və akademik fərq nümayiş etdirən tələbələri təhsilə daha çox həvəsləndirmək, yüksək potensiala malik gənclərin gələcək mütəxəssis kimi formalaşmasına dəstək olmaq məqsədilə növbəti “Tələbə Təqaüdü Proqramı”na start verir.
Mia.az xəbər verir ki, şirkət “Tələbə Təqaüdü Proqramı 2024”ə seçilmiş 10 tələbəyə aylıq 300 azn məbləğində təqaüd təqdim edəcək.
Data Elmi, Şəbəkə, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Marketinq sahələri üzrə Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində bakalavr təhsili alan sonuncu 2 kursun tələbələri bu proqrama müraciət edə bilərlər. Namizədlərin son 2 kurs qiymətləri A və ya B (5 və ya 4) olmalıdır.
Azercell-in “Tələbə Təqaüdü Proqramı”na müraciət etmək üçün şirkətin rəsmi veb səhifəsində (www.azercell.jobs) müvafiq linkə keçid almaq lazımdır. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Ərizələr 01.10.2023-dən 31.10.2023 tarixinədək və yalnız onlayn formatda qəbul ediləcək.
Əlavə məlumat üçün http://telebe@azercell.com ünvanına müraciət edə bilərsiniz.
Qeyd edək ki, Azercell əməkdaşlarının Gəncə (17.10.2023), Naxçıvan (23.10.2023) və Lənkəran (30.10.2023) şəhərlərinə səfər edərək proqram çərçivəsində universitetlərdə tələbələrlə görüşləri də təşkil olunacaq.
Azercell-in “Tələbə Təqaüdü Proqramı” yalnız maddi dəstəklə məhdudlaşmır. Hər il bu proqram çərçivəsində onlarla gənc Azercell-də təcrübə keçərək telekommunikasiya sahəsi üzrə biliklərini artırır və gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanırlar.
İranin yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi