"Bu, "Fənərbağça" tarixinin ən yaxşı heyətdidir“ - Rıdvan Dilmen proqnoz verdi

img

02-10-2023 [10:55]


Superliqanın 7-ci həftəsinin ooyunlaır ilə bağlı məşhur şərhçi Rıdvan Dilmen TV8.5-də maraqlı proqnoz verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, çempionun hansı komanda olacağı barədə dəqiq proqnoz verməsə də, sonda buna işarə vurub.

Rıdvan Dilmen bildirib ki, Liqa ilk üçlüyü "Fənərbağça", "Qalatasaray" və "Beşiktaş" tutacaq: "Əlbəttə, çempionun hansı komanda olacağı deyə bilmərəm. amma ilk üçlük belə bitəəck. 4 və 5-ci yerlərdə isə "Adana Dəmirspor" və "Trabzonspor" olacaq".

Dilmen daha sonra avxtilə fortmasını geyindiyi "Fənərbağça"dan danışıb.

"Fənərbağça"nın möhtəşəm oyununa diqqət çəkən şərhçi deyib: "Hətta özümün oynadığım zamanlar da daxil olmaqla, mən belə mükəmməl  "Fənərbağça" görməmişdim. Bundan əvvəl demişdim ki, bu heyət klub tarixin ən yaxşı heyətlərindən biridir. İndisə səhvimi düzəldib deyirəm: bu, klub tarixinin ən yaxşı heyətidir!".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR