Olimpiya Oyunlarında fransalı idmançılara hicab taxmağı qadağan olundu

img

26-09-2023 [00:03]


Fransalı idmançılarına 2024-cü il Paris Olimpiya Oyunlarında hicab taxmaq qadağan edilib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransanın idman naziri Ameli Oudea-Kastera açıqlama verib.

Onun sözlərinə görə, qadağanı elan edərkən idmanda ciddi dünyəvilik rejiminin tətbiqinə söykəniblər: "Bilirsiniz ki, Fransa Futbol Federasiyasının əsasnaməsinin ilk maddələrində də belə bir bənd var: futbolçular oyun zamamı heç bir halda dini mənsubiyyətini göstərən geyim və ya simvol göstərə bilməz. Bu digər federüasiyalaırn əsasnamələrində də öğz əksini tapıb. Biz də hesab edirik ki, idman yarışları dini xarakterli ola bilməz, O səbəbdən Fransalı idmançılarına 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında hicab taxmaq qadağan edilib. Bu, çox doğru qərardlr".

Nazirin sözlərinə görə, 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında arisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan fransalı idmançılara indidən bu barədə məlumat verilib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR