Şəhid kapitan Rəşad Abdullayevin ev-muzeyinin açılışı olub
25-09-2023 [16:03]
Cəlilabad rayonunun Göytəpə şəhərində Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin ev-muzeyinin açılışı olub.
Mia.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və ərazilərimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ev-muzeyinin açılış mərasimində Cəlilabad rayon icra başçısının müavini, iqtisadçı alim Nazim Şükürov çıxış edərək ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin Ordumuzun şanlı Qələbəsi ilə başa çatdığını, Rəşad Abdullayevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən digər şəhidlərimizin qanının yerdə qalmadığını bildirib. O, haqq savaşında əldə edilən şanlı Qələbəyə görə, Müzəffər Ali Baş Komandana, qüdrətli Azərbaycan Ordusuna, şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu vurğulayıb. Qeyd edib ki, əldə etdiyimiz parlaq Qələbə Azərbaycan tarixinin və dünya hərb tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunub.
Nazim Şükürov, həmçinin sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror əməliyyatlarına başlanıldığını və cəmi 1 gün sonra Rəşadətli Ordumuzun antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrinin diz çökdüyünü, Azərbaycanın bütün ərazilərində suverenliyin tam bərpa edildiyini bildirib.
İcra başçısının müavini dövlətimizin qazi, müharibə iştirakçıları və şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərdiyini, onların yanında olduğunu və sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər gördüyünü qeyd edib. O, ev-muzeyinin açılışının qəhrəman kapitan Rəşad Abdullayevin doğulduğu günə təsadüf etdiyini diqqətə çatdırıb.
Tədbirdə kapitan Rəşad Abdullayevin həyat və döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan, düşmənə qarşı savaşda şücaətlərindən bəhs edilib. Bildirilib ki, Rəşad Abdullayev Aprel döyüşləri zamanı da "N" saylı hərbi hissənin komandir müavini kimi döyüşlərdə yaxından iştirak edib. O, döyüş başlayandan bitənə qədər mühasirədə olsa belə, mühasirədən çıxmağı bacarıb, Ermənistan Ordusunun zabit-əsgər heyətini məhv edib.
Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Daha sonra çıxış edən şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev övlad itkisinin çətinliyindən danışıb. Bildirib ki, ağrı və acılarına dövlətin şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin başlıca səbəblərindəndir. Şəhid atası dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın qayğısını və diqqətini hər zaman hiss etdiklərini söyləyib.
Arif Abdullayev, həmçinin oğlunun adının əbədiləşdirilməsi məqsədilə 2021-ci ildə Cəlilabad şəhəri 2 nömrəli tam orta məktəbə Rəşad Abdullayevin adının verildiyini diqqətə çatdırıb. O, ev-muzeyinin təşkilində göstərdikləri dəstəyə görə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısına təşəkkürünü bildirib.
Qeyd edək ki, Rəşad Abdullayev 14 sentyabr 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 29 sentyabr 2020-ci ildə Kəlbəcərin azad edilməsi əməliyyatında şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə kapitan Rəşad Abdullayevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Həmçinin ölkə başçısının sərəncamları ilə o, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi