"Əgər Adil Vəliyev və onun kimiləri ölkəni bəyənmirlərsə..." - Deputat və vəkil icra başçısını "topa tutdu"
22-09-2023 [11:42]
Xəbər verildiyi kimi, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev jurnalist Əvəz Zeynallının məhkəməsində ifadə verib.
Mia.az-ın məlumatına görə, məcburi qaydada məhkəməyə gətirilən icra başçısı vəkillərin suallarını cavablandırarkən etiraf edib ki, hətta tikinti qanunsuz olsa belə, icra hakimiyyətinin onu sökməyə ixtiyarı yoxdur: “İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalıdır. Lakin praktikada bir sıra hallarda qanunsuz tikinti aparılanda müdaxilə edib sökürlər”.
Vəkilin “Sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edirsiniz” sualına Vəliyev belə cavab verib: “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...”.
Vəliyev deyib ki, Əvəz Zeynallı ona zəng vuraraq sadəcə xahiş edib: “Mənə kimsə nə pul verib, nə də kiminsə buna cəsarəti çatar”.
250 min nəfər əhalisi olan paytaxt rayonunun rəhbəri tərəfindən “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...” ifadəsi sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb.
“Yaşadığı ölkədən təminatı olmayan icra başçısı bir rayona necə rəhbərlik edə bilər” və digər ritorik suallar sosial mediada ciddi müzakirə mövzusuna çevrilib.
Mia.az-ın məlumatına görə, Milli Məclisin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında bildirib ki, dövlət məmurunun belə bir açıqlama verməsi sadəcə biabırçılıqdır: “Azərbaycanda nöqsanlar mövcuddur. Bunu dövlətin başçısı da bəyan edir, deputatlar da, ictimaiyyət nümayəndələri də. Əgər Adil Vəliyev hesab edirsə ki, nöqsanlar var, o zaman onu dilə gətirməlidir. Yaxud bəyan etməlidir ki, ona qarşı müəyyən təzyiqlər var. Daha “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...” kimi ifadələr işlətmək məmur əkanına sığmır”.
“Cəmiyyətdə bu cür məmurları “kiçik padşahlar” adlandırırlar. Onlar özlərini elə aparırlar ki, sanki hər şey onlara məxsusdur. Əgər Adil Vəliyev və onun kimiləri ölkəni bəyənmirlərsə, istefa verib getsinlər. Daha bu cür mənasız və məzmunsuz açıqlamalar verməyə gərək yoxdur”, - deyə deputat söyləyib.
Onun sözlərinə görə, A.Vəliyev və digər icra başçılarının timsalında baş verənlər yerli idarəetmə orqanları ilə bağlı qərara yenidən baxılmasını qaçılmaz edir: “Cənab Prezident İlham Əliyev bildirmişdi ki, icra hakimiyyətləri sovetdən qalma sistemdir və zamanla ləğv olunacaqlar. Bu gün Azərbaycanda 14 iqtisadi rayon mövcuddur. Onlardan bəzilərinə Prezidentin səlahiyyətli nümayəndələri təyin olunub. Kifayət qədər də normal fəaliyyət göstərirlər. İcra hakimiyyətləri isə həm sistem, həm də davranış etibarilə sovetlər dövrünü xatırladır”.
“Hətta SSRİ dövründə belə, rayon rəhbərləri bu cür təxribatçı fikirlər səsləndirə biməzdilər. Bu, milyonlarla ölkə vətəndaşını təhqir etməkdir. Hesab edirəm ki, bu mövzuya məntiqi yekun vurulmalıdır. İcra hakimiyyətləri ləğv edilməli, iqtisadi rayonlar üzrə nümayəndəlik institutu yaradılmalı, onların tərkibində idarəetmə strukturları formalaşdırılmalıdır”, - deyə Əhmədov vurğulayıb.
Adil Vəliyevin məhkəmə ifadəsini AYNA-ya şərh edən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas İradə Cavadovanın sözlərinə görə, Sabunçunun icra başçısı “səmimi etiraflar” edib: “Azərbaycanda yazılmamış qanunlar var və bunu hər kəs bilir. Yəni, inşaata necə və haradan icazə alırlar, bunun üçün nə qədər qeyri-rəsmi rüsum ödənilir, hansı aiddiyəti orqanlara nə qədər vəsait ödənilməlidir və s. Bunları ölkədə bilməyən yoxdur. Dəfələrlə də bu mövzu gündəmə gəlib - həm ictimaiyyət nümayəndələri, həm də mətbuat orqanları və siyasətçilər tərəfindən”.
“Əslində Adil Vəliyevin bu ifadəsi ölkəmiz üçün bir yenlikdir. Çünki bunu söyləyən adam sıradan adam deyil. Dövlət məmurudur və bir rayona rəhbərlik edir. Onun dediyindən belə çıxır ki, Azərbaycanda qaranlıq qərarlar qəbul edilir və dolayısı ilə bu da onu edir. Jurnalistin xahişi ilə tikintiyə icazə verilməsi də yenilikdir. Bu da maraqlı məqamdır. Adətən belə mövzularda jurnalistləri eşitmirlər. Daha ciddi yerlərdən xahişlər olunur”, - deyə müsahibimiz qeyd edib.
Cavadova əlavə edib ki, normal ölkələrdə bu cür fikirlər səsləndirən məmurlar istefa verirlər: “Bu isə həm vəzifəsini qoruyur, həm də təmsil olunduğu sistemi və özünü ifşa edir. Azərbaycan məmurları arasında istefa mədəniyyəti olmasa da, hesab edirəm ki, bu ifadədən sonra Adil Vəliyevi yola salacaqlar. Çünki bundan sonra onun icra başçısı kimi fəaliyyəti absurddur. Bu, o demək olacaq ki, onun söylədikləri həqiqətdir və bunu hökumət də qəbul edir. Əslində bir daha söyləmək istəyirəm ki, ölkə reallıqları elə Adil Vəliyevin söylədiyi kimidir. Ancaq bunu məmur səsləndirirsə, ya bu sistemə etiraz edib istefa verməli, ya da belə fikirlər səsləndirməməlidir”.
mia.az
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi